Azər Türk Bankdan sahibkarlar üçün "Faktorinq" kredit xətti
®Dövlət bankı Azər Türk Bank əlverişli şərtlərlə «Faktorinq» kredit xətti məhsulunu təklif etməkdədir.
Bu məhsulun neçə müddətdən bəri tətbiqi korporativ müştərilərin öz dövriyyə vəsaitlərindən daha rasional istifadəsi, biznesin inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədi daşıyır.
Belə ki, ticarət əməliyyatları zamanı satıcı məhsulun, göstərdiyi xidmətin dəyərini dərhal əldə etmək, alıcı isə ödənişi bir müddət sonra yerinə yetirmək istədiyi təqdirdə, hüquqi şəxs və ya fərdi sahibkar olan müştəri "Faktorinq" kredit xəttinin açılması barədə Azər Türk Banka müraciət edir. Bu halda Bank malların və ya göstərilən xidmətin dəyərinin 90%-ə qədər olan hissəsinin dərhal kreditləşməsini həyata keçirir.
Kredit xətti üzrə əlavə girov və təminat tələb olunmur, faiz dərəcəsi fərdi və güzəştli qaydada təyin edilməklə, 24 ay müddətinədək AZN valyutasında açılır.
«Faktorinq» kredit xəttindən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, heç bir komissiya ödəmədən həm biznes, həm də əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəriləri sırasına qatıla bilərlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?