"Azərbaycan Beynəlxalq Bankı" dividend ödəyəcək, gələn ildən əməkdaşla­rını mükafatlandıracaq

"Banklar haqqında" Azərbaycan Res­publikası Qanununun 24.5-ci maddəsinə əsasən , "Azərbaycan Beynəlxalq Ban­kı" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "ABB" ASC) idarə heyəti sizin nəzərinizə çatdırır ki, 30 may 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda Bankın səhmdarları­nın növbəti illik ümumi yığıncağı (bundan sonra – ümumi yığıncaq) keçiriləcəkdir.
Bununla yanaşı bildiririk ki, "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu mad­dəsinə əsasən səsvermənin qiyabi şəkil­də həyata keçirilməsi nəzərdə tutulmuş­dur.
Ümumi yığıncağın gündəliyinə aşağı­dakı məsələlər daxil edilmişdir:
1. "ABB" ASC-nin kənar auditor tərə­findən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin ma­liyyə hesabatının təsdiq olunması. 
2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.
3. 2024-2026-cı illərin maliyyə nəti­cələrinə görə "ABB" ASC-nin əməkdaşla­rının mükafatlandırılması.
4. "ABB" ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
5. "ABB" ASC-nin müşahidə şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi. 
Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2023-cü il mayın 19-dan bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. 
Azərbaycan Respublikası Mülki Mə­cəlləsinin 107-3.2-ci maddəsini və "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu bən­dini nəzərə alaraq qeyd edirik ki, ümu­mi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təq­dim etmək şərtilə bu bildirişə əlavə olu­nan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il mayın 30-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həya­ta keçiriləcəkdir.
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyəti / marja.az

Banklar     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl


iqtisadi xeberler bitcoin investisiya avtomobil xeberleri valyuta mezennesi