"Azərbaycan Sənaye Bankı"na yeni departament direktoru təyin edilib
"Azərbaycan Sənaye Bankı" ASC-nin departamentlərindən birinə direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, Emil Yusifov Rəqəmsal Bankçılıq Departamentinin direktoru təyin edilib.
O, buna qədər ASB-də Rəqəmsal Bankçılıq Departamentinin direktor müavini, Kart Əməliyyatları və Sistem İnkişafı Departamentinin direktor müavini kimi vəzifələrdə çalışıb.
Rəqəmsal Bankçılıq Departamentinə ADK( Alternativ Dağıtım Kanalları) və Rəqəmsal Dəstək Şöbəsi, Ödəniş Kartları Şöbəsi və Dev-Ops (Sistem yazılım və uyğulama) şöbəsi daxildir.
Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları "Azersun Holding" MMC-yə yaxın olan "Anadolu Investment Company" MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və "Azərbaycan Sənaye Lizinq Şirkəti"dir (0.58%).

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?