Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 3 % artıb

Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 3 % artıbAzərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2022-ci ildə məcmu gəlirləri 895 milyon 374 min manat təşkil edib.
Bu, 2021-ci ilə nisbətən 5 % çoxdur.
Ötən il sığortaçıların məcmu xərcləri isə 2,4 % artaraq 791 milyon 41 min manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.
2022-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 103 milyon 964 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 30 % çoxdur. 8 şirkətdə maliyyə mənfəəti artıb, 4 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, 2 şirkətdə azalıb, 2021-ci ildə maliyyə mənfəəti əldə etmiş 4 şirkət 2022-ci ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 1 şirkəti isə ötən il maliyyə mənfəəti əldə edib.
2022-ci ildə sığorta şirkətləri 29 milyon 592 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2021-ci ilə nisbətən 51,8 % çoxdur. 20 şirkətdən 8-i vergi ödənişlərini artırıb, 6-sı vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 5 şirkətdən 4-ü ötən il də vergi ödəməyib, 1-i isə vergi ödəyib. 1 şirkət isə əvvəlki il vergi ödədiyi halda, ötən il vergi ödəmələrinə qənaət edib.
2022-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 74 milyon 372 min manat olub. Bu da 2021-ci illə müqayisədə 3,1 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb, maliyyə zərərini azaltmış 2 şirkət həm də xalis zərəri azaldıb. 2021-ci ili mənfəətlə başa vurmuş 4 şirkəti 2022-ci ili zərərlə, əvvəlki ildən zərərlə çıxmış 1 şirkət isə ötən ildən mənfəətlə çıxıb.
Azərbaycan sığortaçılarının məcmu aktivləri 19 % artıb
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 455 milyon 811 min manat təşkil edib.
Bu, ötən il yanvarın 1-nə nisbətən 18,8 % çoxdur.
2022-ci ildə sığortaçılardan 14-ü aktivlərini artırıb, 6-sı azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 34,2 % artaraq 650 milyon 117 min manat, məcmu qısamüddətli aktivləri isə 8,7 % artaraq 805 milyon 695 min manat olub. 14 şirkət uzunmüddətli aktivlərini, yenə də 14 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 28,8 % artaraq 1 milyard 27 milyon 851 min manat təşkil edib. Sığortaçılardan 13-də öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 23,6 % artaraq 920 milyon 168 min manat, məcmu qısamüddətli öhdəlikləri isə 2 dəfə artaraq 107 milyon 684 min manat olub. 13 şirkət uzunmüddətli öhdəliklərini, 12 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 0,1 % artaraq 427 milyon 960 min manata, məcmu nizamnamə kapitalı isə 0,8 % artaraq 333 milyon 90 min manata çatıb. Bazar iştirakçılarından 13-ü balans kapitalını artırıb, 6-sı azaldıb, 1 şirkətin – "Azərsığorta"nın isə balans kapitalı mənfiyə düşüb (kapital çatışmazlığı ilə üzləşib). 2 şirkət – "Günay Sığorta" və Naxçıvan Sığorta" isə nizamnamə kapitalını artırıb.
© "Report" / marja.az

Banklar     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri