Azərbaycan şirkətinə 4,2 milyon dollarlıq kreditin ayrılması barədə sənəd imzalandı

Azərbaycan şirkətinə 4,2 milyon dollarlıq kreditin ayrılması barədə sənəd imzalandıKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə ölkəmizdə KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, bu sahədə potensial və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən yerli sahibkarlıq subyektlərinə mövcud maliyyə alətlərinə çıxış sahəsində də dəstək göstərilir və stimullaşdırıcı tədbirlər görülür. Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Bankın Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteyo Patroni də iştirak ediblər.  
Görüş çərçivəsində AYİB tərəfindən Azərbaycanın KOB subyektinə - "Az-Lead" şirkətinə 4,2 milyon ABŞ dolları həcmində kreditin ayrılması barədə müvafiq razılaşma sənədi imzalanıb. 
Müvafiq vəsait şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və "Az-Lead"ə aylıq istehsalını 500 tondan 800 tona və nəhayət 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu isə öz növbəsində şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna artan tələbatı ödəməyə imkan yaradacaqdır. Maliyyələşdirmə ilə yanaşı, AYİB KOB-lar üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə istiqamətlərində şirkətə dəstək olacaqdır.  
Qeyd edək ki, "Az-Lead" 2014-cü ildə yaradılıb və Sumqayıt şəhərində fəaliyyət göstərir. Şirkət istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. "Az-Lead" təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsulları ixrac edir. "Az-Lead" 2022-ci ilin dekabrında "Təmiz ətraf mühit və yaşıl artım" nominasiyası üzrə KOBİA-nın təsis etdiyi "Dayaq" mükafatına layiq görülüb.  
Azərbaycan şirkətinə 4,2 milyon dollarlıq kreditin ayrılması barədə sənəd imzalandıAzərbaycan şirkətinə 4,2 milyon dollarlıq kreditin ayrılması barədə sənəd imzalandıAzərbaycan şirkətinə 4,2 milyon dollarlıq kreditin ayrılması barədə sənəd imzalandı/ marja.az

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri