Azərbaycanda 13 sahibkar dövlət zəmanətilə aldığı krediti qaytarmaq istəmir

Azərbaycanda 13 sahibkar dövlət zəmanətilə aldığı krediti qaytarmaq istəmirAzərbaycanda bəzi sahibkarlıq subyektləri dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə öz borc öhdəliklərini yerinə yetirmirlər. Nəticədə müvəkkil banklar qarşısında zamin qismində çıxış edən Maliyyə Nazirliyi həmin borcu qaytarmalı olur.
Bunu nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illərdə müvəkkil kredit təşkilatları 2 628 sahibkara ümumilikdə 499.5 milyon manat kredit ayırıb ki, onun da 291.6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub.
Qeyd olunan dövrdə 13 sahibkarlıq subyekti 2 banka kreditlərin qaytarılmasını təmin etməyib. Nəticədə, şərtlərə uyğun olaraq dövlət zəmanəti çərçivəsində həmin banklara "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"ndan 658.2 min manat vəsait ödənilib. Bu dövlət zəmanəti ilə təmin olunan ümumi kredit məbləğinin 0.23 %-ni təşkil edir", – deyə o qeyd edib.
Bundan başqa, nazirlik rəsmisi əlavə edib ki, dövlət zəmanəti ilə sahibkarlara yuxarıda qeyd olunan təşfiq sxemi çərçivəsində bankların ayırdığı kreditlərin 1 yanvar 2023-cü il tarixinə 280.4 milyon manatı və yaxud 56 %-i banklara kredit müqavilələrində nəzərdə tutulan vaxtda qaytarılıb.
Nazirlər Kabinetinin "Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə" 9 iyul 2020-ci il tarixli qərarına əsasən, kredit təşkilatlarının sahibkarlara ayırdığı, ümumi məbləği 500 milyon manata qədər olan kreditlərin 60 %-nə (300 milyon manat) dövlət zəmanətinin verilməsi nəzərdə tutulub. / banker.az

Banklar     Tarix: 18 yanvar 2023

Oxşar xəbərlər

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Ölkənin birinci bankı Kapital Bank Novruz Bayramı münasibətilə "Az faizli yaz krediti" kampaniyasına start verir. Kampaniya çərçivəsində 12 mart – 30 aprel 2026-cı il tarixlərində bankdan 50 00 manatadək nağd kredi

Rabitəbank Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 10

Mir Camal Paşayev: "2006-cı ildə hekayəmiz "PAŞA Sığorta"nın təsis edilməsi ilə başladı

"2006-cı ildə hekayəmiz "PAŞA Sığorta"nın təsis edilməsi ilə başladı". Bunu "PAŞA Holding"in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib. VTB-də minimal faiz dərəcəsi ilə nağ

Ölkədaxili nağdsız ödənişlərin 70 faizdən çox maliyyə xidmətlərilə bağlı olub

Ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların təsərrüfat subyektinin ticarət kodu üzrə bölgüsü açıqlanıb. . xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir. Ödəniş kartlar

TuranBank nüfuzlu beynəlxalq qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğur

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Mart ayının əvvəlində "Bank BTB" ASC-nin bank fəaliyyətini dayandıracağı və bank olmayan kredit təşkilatı formasında yenidən təşkili olunacağı barədə rəsmi məlumatdan sonra bəzi xəbər portallarında daha iki bankı

"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb

"Azərpoçt" MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə


iqtisadi xeberler valyuta mezennesi rubl mezenne valyuta xeberleri avtomobil xeberleri