Azərbaycanda bankların inzibatçılarına dair tələblər dəyişir – 7 illik iş stajı TƏLƏBİ

Azərbaycanda bankların inzibatçılarına dair tələblər dəyişir – 7 illik iş stajı TƏLƏBİBankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçılarına dair tələblər dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Banklar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, inzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
– bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün – ali iqtisadi və ya hüquqi təhsilin, yaxud təhsilindən asılı olmayaraq maliyyə idarələrində fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı verən iş təcrübəsinin olması;
– bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və filiallarının rəhbərləri üçün – ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;
– bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün – ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir. Bankın baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.
– bank şöbəsinin inzibatçısı üçün – ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti sahəsində 6 aylıq iş stajının olması.
Bank və ya yerli filialı olan xarici bank, bankın və ya xarici bankın yerli filialının inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində maliyyə bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda qanunda nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Maliyyə bazarlarına nəzarət orqanı bildirişə dair öz münasibətini 30 təqvim günü müddətində banka və ya xarici bankın yerli filialına bildirməli, bu maddədə nəzərdə tutulan hallarda isə inzibatçıların attestasiya vaxtını təyin etməlidir. Bu müddətdə müraciətçiyə bildiriş göndərilməzsə, inzibatçının namizədliyinə müsbət baxılmış hesab olunur.
İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanımla müəyyən edilmiş tələblərə cavab vermədikdə maliyyə bazarlarına nəzarət orqanı onların dəyişdirilməsini tələb edir.
Bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər. Bu təyinatlara maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar. Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.
– Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.
Layihəyə əsasən, inzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
– bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;
– bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;
10.3.3. yerli bankın filialının rəhbəri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
– bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
– bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün – iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);
– bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün – ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.
– baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
Nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların qanunun müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.
Nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir. / banker.az

Banklar     Tarix: 05 iyun 2023

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil


iqtisadi xeberler dollar kursu dollar manat kursu dollarin kursu bu gun internetden pul qazanmaq