Azərbaycanda təxribatlar ilə məşğul olan ölkənin bankının Bakıda qazancı artıb

Azərbaycanda təxribatlar ilə məşğul olan ölkənin bankının Bakıda qazancı artıbBank Melli İran Bakı filialı 2023-cü ilin 1-ci yarısını 621 min 285 manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 268 min 800 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bank Melli İran Bakı filialının xalis mənfəəti 2,3 dəfə artıb.
Marja xəbər verir ki, 2022-ci ilin ilk 3 ayı ərzində (yanvar-mart) Filialın faiz gəlirləri 913 min 64 manat ikən, 2022-ci ilin ilk 3 ayında 797 min 853 manata düşüb. Bankın haqq və komissiya gəlirləri isə 29 min 725 manatdan 30 min 731 manata yüksəlib.
Əgər Bank Melli İran Bakı filialı 2022-ci ilin 1-ci rübündə aktivlər üzrə ehtiyatların yaradılmasına 106 min 697 manat ayırmışdısa, 2023-cü ilin 1-ci rübündə ehtiyatdan azad olmuş 140 min 261 manat gəlirlə əlavə edilib. Bu əlavə, həmçinin, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirlər, xarici valyuta əməliyyatları üzrə gəlirlər və faiz xərclərinin azalması Bank Melli İran Bakı filialının xalis mənfəətinin artmasını təmin ediblər.
2022-ci ilin yanvar-mart dövründə Bank Melli İran Bakı filialının xarici valyuta əməliyyatları üzrə gəlirləri 39 min 840 manat ikən, 2023-cü ilin ilk rübündə 113 min 655 manat təşkil edib (2,9 dəfə artıb).
Bank Melli İran Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonunda 9 milyon 467 min manat ikən, 31 mart 2023-cü il tarixinədək 8 milyon 448 min manatadək geriləyib. Ötən ilin Mart ayının sonunda Bankın kredit portfelinin məbləği 9 milyon 339 min manat olmuşdu. 
Bank Melli İran Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) 31 Dekabr 2021-ci il tarixində 11 milyon 15 min manat ikən, 2022-ci ilin sonunadək 10 milyon 514 min manatadək geriləyib. 
Bank Melli İran Bakı Filialı 1993-cü ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir. "Bank Melli İran"ın 100%-i olmaqla səhmdarı İran İslam Respublikasıdır. 
İran son zamanlar Azərbaycana münasibətdə təxribat xarakterli fəaliyyətlər ilə məşğuldur. Azərbaycanda törədilmiş bir neçə cinayət hadisəsinin bu dövlətin sifariş ilə təşkil edildiyi müəyyən olunub. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilib.
2022-Cİ LDƏ BAKIDA 1,8 MİLYON MANAT QAZANIB
Bank Melli İran Bakı filialı 2022-ci ili 1 milyon 768 min manat xalis mənfəət ilə başa vurub. Marja.az xəbər verir ki, bu, filialın 31 dekabr 2022-ci il tarixində bitən il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarından məlum olur.
Bank Melli İran Bakı filialı 2021-ci ili 1 milyon 24 min manat xalis zərər ilə bağlamışdı. Xalis zərər Bankı ehtiyata atyırma etməsi ilə əlaqədar idi. 
Bank Melli İran Bakı filialının ötən ilki xalis mənfəəti il ərzində dəyərsizləşmə zərərləri üzrə ehtiyat ayrımalarının olmaması ilə əlaqədardır. 2022-ci ildə ehtiyatdan azad olmuş 803 min manat gəlirə əlavə edilirb. Halbuki, filial 2021-ci ildə 2 milyon 541 min manat ehtiyata ayırmışdı. 
Bank Melli İran Bakı filialının faiz gəlirləri 2021-ci ildə 3 milyon 342 min manat ikən, 2022-ci ildə 3 milyon 367 min manat olub. Həmçinin, Bank ötən il 176 min manat haqq və komissiya gəlirləri əldə edib (2021-ci ildə 184 min manat).
Azərbaycanda təxribatlar ilə məşğul olan ölkənin bankının Bakıda qazancı artıbAzərbaycanda təxribatlar ilə məşğul olan ölkənin bankının Bakıda qazancı artıb

Banklar     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl


iqtisadi xeberler bitcoin investisiya avtomobil xeberleri valyuta mezennesi