Azərbaycanın sığorta brokeri ötən ili zərər ilə başa vurub
"Status Sığorta Brokeri" MMC 2022-ci ili 18 min 404 manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 21 min 399 manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri 4 min 340 manat, cəmi xərcləri 22 min 744 manat təşkil edib.
Ötən il "Status Sığorta Brokeri"nin cəmi aktivləri 2021-ci ilin sonundakı 130 min manatdan 2022-ci ilin sonunda 151 min manata yüksəlib.
"Status Sığorta Brokeri" şirkəti 2021-ci ildə təsis edilib. 09.09.2021-ci il tarixində sığorta və təkrarsığorta brokeri kimi vasitəçilik fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Mərkəzi Bankından müddətsiz lisenziya alıb.



Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki
Kino biletləri də ABB mobile tətbiqində
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb