Azərbaycanın sığorta şirkəti ləğv olunur

Azərbaycanın sığorta şirkəti ləğv olunur"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edir.
Marja.az xəbər verir ki, bu barədə Şirkətin bildirişində deyilir. 
Azərbaycanın sığorta şirkəti ləğv olunurQeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.
10 oktyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəyi bildirilmişdi. Yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmamışdı.
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta" ASC) İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında (Büro) iştirakına xitam verilmiş və şirkət Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılmışdır. Oktyabr ayının əvvəlində İcbari Sığorta Bürosu yaydığı məlumatda bildirmişdi ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla Büronun informasiya sistemində sığortaçının "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası"(AVSMMİS), "Daşınmaz əmlakın icbari sığortası" (DƏİS) və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası"(DƏMMİS) növləri üzrə yeni sığorta müqavilələri bağlaması imkanı dayandırılmışdır.
"Bakı Sığorta" ASC-nin nizamnamə kapitalının 93,32%-i  "Bank Respublika" ASC-yə, 6,68%-i "Ekolizinq" MMC -yə məxsusdur.
İyun ayında Ramin Məmmədov "Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tərk edib. Daha sonra Oqtay Şeydabəyov "Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 

Banklar     Tarix: 22 noyabr 2024

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari