"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir

Azərbaycan Mərkəzi Bankı "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini (2026-cı ilin yanvar ayı üzrə)" dərc edib.
Marja.az xəbər verir ki, ən yuxarı şikayət indeksi (qırmızı zona) "Bank Avrasiya" və "AFB Bank"dadır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Bank BTB", "Turanbank", "Unibank", "AccessBAnk", "Bank of Baku", "Yapı Kredi Bank Azərbaycan" və "Rabitəbank" orta şikayət indeksində (sarı zonada) qərarlaşıblar.
Aşağı şikayət indeksi zonasında (yaşıl zona) "PAŞA Bank", XalqBank", "Bank Respublika", "Azər-Türk Bank", "Kapital Bank", "Bank VTB Azərbaycan", "Yelo Bank", ABB (Azərbycan Beynəlxalaq Bankı) və  "Expressbank" yer tutublar.
Şikayət indeksinin izahı: İndeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.
Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Müştərilər üzrə bazar payı
"Şikayətlər üzrə bazar payı" – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayətlər, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur
"Müştərilər üzrə bazar payı" – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi (2026-cı ilin yanvar ayı üzrə)

Banklar     Tarix: 14 fevral 2026

Oxşar xəbərlər

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib. Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dollar

Dələduz sizin adınıza kredit götürsə, borcu kim ödəyəcək? - Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklə

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatlar

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler kicik biznes valyuta mezennesi rubl mezenne biznes ideyalari