Bank "Həzi Aslanov" filialını yeni konseptdə müştərilərə təqdim etdi
AccessBank əsaslı təmirdən sonra "Həzi Aslanov" filialını yenilənmiş konseptdə müştərilərinin istifadəsinə verdib.
Marja.az xəbər veir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/45, ev 66 ünvanında yerləşən filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin rəsmiləşdirilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur.
Filial müasir dizayn və funksional həllər əsasında yenidən qurulub ki, bu da müştərilərə xidmətlərdən daha rahat və səmərəli şəkildə yararlanmaq imkanı yaradır. AccessBank xidmət infrastrukturunun yenilənməsini müştəriyönümlü strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirir və bu sahədə ardıcıl addımlar atmağa davam edir.
QccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. F
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri