"Bank of Baku" mikro kreditlər üzrə portfeli 39% böyüdüb
"Bank of Baku" ASC ötən il mikro kreditlər üzrə portfelini illik müqayisədə 28.14 mln. manat və ya 39 faiz artırıb.
Banker.az xəbər verir ki, bu barədə bankın audit hesabatında deyilir.
Bankın mikrokreditlər üzrə portfeli 1 yanvar 2023-cü il tarixinə 100.25 mln. manat təşkil edib. Bu ümumi kredit portfelinin 18 faizini təşkil edir.
Bank ötən il mikro kreditlər üzrə portfelinin keyfiyyətini də qoruya bilib. 2022-ci ildə verilmiş mikro kreditlərin 97.35 mln. manatı sağlamdır və qalan hissəsində vaxtı keçmiş kreditlər təşkil edir. Bu kreditlər üzrə mümkün zərərin həcmi 2.06 mln. manatdır.
"Bank of Baku" mikro kreditləri 500 manatdan 50 000 manata qədər təqdim edir. Bank kreditləri 14%-25% intervalında təqdim edir.

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?