Bank "Private Banking" filialını istifadəyə verməyi nəzərdə tutur

Bank "Düşünürük ki, artıq "AccessBank" da "Private Banking"i mükəmməl olan banklar siyahısına daxil olur. Həqiqətən kiçik bir layihə kimi yaratdığımız ideyamız özünü gözlədiyimizdən də artıq doğrub. Bu gün görürük ki, Azərbaycan bazarında da belə bir VİP xidmətlərə, fərdi yanaşmalara ehtiyac var. Bu gün çox məmnunluqla biz "VİP Club" məhsulumuzu böyüdürük və "Private Banking" olaraq fəaliyyət göstərəcəkdir. Düşünürük ki, gələcəkdə böyük bir filial olaraq da, bunu müştərilərimizn istifadəsinə verəcəyik".
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Marja.az-ın məlumatına görə, bunu "AccessBank"da "Private Banking" məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib.
O qeyd edib ki, hazırda "Private Banking"üzrə müştəri bazası 1000-i keçib:
"Biz bu layihəyə cəmi 5 müştəri ilə başladıq. Əvvəllər bu məhsulu tam başa düşmürdülər, müraciət edənlər az idi. Bu gün isə müraciətlər çoxdur, müştərilərimizin sayı artır. Hazırda "Private Banking"üzrə müştəri bazası 1000-i keçib". 
Xəbər verdiyimiz kimi, "AccessBank" Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən "VIP Club" məhsulu bu gündən etibarən rebrendinq edilərək "Private Banking" adı altında fəaliyyətini davam etdirəcək.
Rebrendinq çərçivəsində "Private Banking" konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.
"AccessBank Private Banking"in üzvü olmaqla aşağıdakı üstünlük və imtiyazları əldə edirsiniz:
• 24/7 sizə bir zəng (və ya whatsapp) qədər yaxın fərdi bank nümayəndəsi
• Xüsusi endirimli bank məhsulları (ATM şəbəkədə əlavə limitlər, depozit və yığım məhsullarına ekstra faiz və s.)
• Kredit məhsulları, o cümlədən nağd kredit və kredit kartlarında xüsusi faiz və komissiya endirimləri
• Hesabdan limitsiz çıxarış və xüsusi arayışların (səfirlik və s.) hazırlanması
• 24/7 konsyerj xidməti (dünya üzrə restoranlarda rezervasiyalar, konsertlərə biletlərin alınması, hədiyyələrin sifarişi və s.)
• VIP Traveler xidməti (dünya üzrə avia bilet və turların endirim ilə sifarişi, sığorta və viza sənədlərinin hazırlanması və s.)
• Sizin üçün sığorta məhsulları
• Digər xidmətlər
Xidmət və məhsullar
01 - 24/7 fərdi bank nümayəndəsi ilə xidmət
VIP və ya Premium paketi əldə etməklə siz müxtəlif kommunikasiya kanalları vasitəsilə 24/7 xidmətinizdə olacaq fərdi bank nümayəndəsi tərəfindən Bankın Mərkəzi ofisinin VIP zalında növbədənkənar xidmət əldə edirsiniz.
02 - Online VIP konsyerj
Konsyerj xidmətinə aşağıdakılar daxildir:
• Restoranların rezervasiyası
• Biletlərin alınması (teatr, kino və s.)
• Restoranlar, baş çəkiləcək yerlər haqqında məsləhətlər
• Transfer üçün sürücü sifarişi
• Gül, hədiyyə sifarişi və s.
03 - Hədiyyə ödəniş kartları
VIP və ya Premium paket əldə etməklə hədiyyə olaraq ən azı bir pulsuz premial debet kartı əldə edirsiniz (paket daxilində müxtəlif sayda pulsuz kartlar). Bu kartları istəyinizə uyğun olaraq, ailə üzvlərinizin və ya dostlarınızın adına da sifariş edə bilərsiniz.
04 - Traveller
Fərdi bank nümayəndəniz vasitəsilə həm özünüz, həm də ailə və dostlarınız üçün dünyanın istənilən ölkələrinə aviabiletlər/turpaketlər bron və ya əldə edə bilərsiniz. Şəxsi bankirinizə istəyiniz barədə məlumat verərək (istiqamət, tarixlər) ondan sizə uyğun bir neçə təklif ala bilərsiniz.
05 - Whatsapp ilə xidmət
VIP və ya Premium paket əldə etməklə Whatsapp üzərindən xidmət əldə edirsiniz. Bu kanalla aşağıdakı bank əməliyyatlarını icra edə bilərsiniz:
• Yeni hesabların/kartların açılması
• Hesablar arasında pul köçürmələri
• Ölkədaxili və xaricə pul vəsaitinin köçürülməsi
• Konsyerj xidməti
• Övladlarınızın təhsil haqlarının ödənilməsi və s.
• Arayış və çıxarış
Göstərilən xidmətləri whatsapp-a yazmaq kifayət edir. Bütün prosesləri əvəzinizə fərdi bank nümayəndəniz həyata keçirəcək.
06 - Sığorta
Özünüz, yaxınlarınız və dostlarınız üçün aşağıdakı sığorta növlərindən birini əldə edə bilərsiniz:
• Kasko
• Səyahət
• Əmlak
07 - Kredit məhsulları
VIP və ya Premium paketlərini əldə etməklə kredit məhsullarına endirim qazanırsınız. Kredit məhsullarında endirim yalnız sizin kreditlərinizə şamil edilir. Endirimlər həm nağd kredit məhsullarına, həm də kredit kartları və ya əmanətlə təmin edilmiş kreditlərə tətbiq olunacaq. Endirimlər həm faizlər, həm də komissiyalar üzrə nəzərdə tutulur.
08 - VIP filialda xidmət
VIP və ya Premium paket sahiblərinə Bankın VIP zalında (AccessBank-ın Baş Ofisi) və istənilən filialda növbəsiz xidmət göstəriləcək.
09 - Arayış və çıxarışlar
Siz bütün hesablarınızdan çıxarışlar, həmçinin səfirliklərə (və ya digər orqanlara) məktublar və arayışlar əldə edə bilərsiniz.
10 - Əmanət məhsulları
VIP və ya Premium paket əldə etməklə gələcək əmanət məhsulları üçün əlavə faiz əldə edirsiniz. Aldığınız paketin növündən asılı olaraq əmanət məhsulu açmaq qərarına gəlsəniz, avtomatik olaraq əlavə faiz əldə edəcəksiniz
Private Banking paketləri
1. PREMIUM
Rezident müştəri üçün:250 AZN illik, və ya aylıq 25 AZN
Qeyri-rezident müştəri üçün:300 AZN illik, və ya aylıq 30 AZN
2. VIP
Rezident müştəri üçün:450 AZN illik, və ya aylıq 45 AZN
Qeyri-rezident müştəri üçün:500 AZN illik, və ya aylıq 50 AZN
Private Banking-ə üzvlük
AccessBank Private Banking-ə üzv olmaq üçün ilk növbədə AccessBank-ın müştərisi olmalı, həmçinin aşağıdakılardan birinə sahib olmalısınız:
• AccessBank-a ən azı 100 000 manat məbləğində əmanət yerləşdirməlisiniz
• İllik dövriyyəsi ən azı 2 000 000 manat olan şirkətin rəhbəri və ya sahibi olmalısınız
• Aylıq rəsmi əməkhaqqınız minimum 6000 AZN olmalıdır
Yuxarıda göstərilənlərdən birinə sahib olan müştəri Premium və ya VIP paketi əldə etməklə avtomatik Private Banking-in üzvü olur və sadalanan VIP xidmət, məhsul və imtiyazlardan yararlanmaq hüququ əldə edir.
"Private banking" yüksək məbləğdə sərvətə malik şəxslər (seçilən şəxslər)üçün xüsusi olaraq hazırlanmış fərdiləşdirilmiş maliyyə xidmətləri, investisiya idarəçiliyi və bank məhsulları təqdim edən bankçılıq xidmətidir. Bu xidmət pərakəndə bankçılıqdan fərqli olaraq daha yüksək səviyyədə fərdi yanaşma ilə seçilir. "Private banking" çərçivəsində müştərilərə xüsusi menecerlər, kredit həlləri və eksklüziv konsyerj xidmətləri təqdim olunur. "Private banking" çərçivəsində təqdim olunan xidmətlərə bank xidmətlərindən əlavə investisiyaların idarə olunması və portfel menecmenti, vergi xidmətləri, sığorta həlləri, səyahət həlləri və s. daxildir.
Adətən bu xidmətlər bankların xüsusi bölmələri – "private banking" və ya "wealth management" (sərvət idarəetməsi) departamentləri vasitəsilə həyata keçirilir.

Banklar     Tarix: 21 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu