Bank Qazaxda filialını açıb

Bank Qazaxda filialını açıbAzərbaycanın aparıcı banklarından biri olan Bank Respublika, müştərilərinin xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank Qazax şəhərində özünün 35-ci xidmət nöqtəsini müştərilərin ixtiyarına verib. Təntənəli açılışda iştirak edən rayon icra hakimiyyətinin və bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.
Filialın açılışda iştirak edən Qazax rayon icra hakimiyyətinin rəhbərliyi və iş adamları ölkənin aparıcı 5 bankından biri olan "Bank Respublika"nın Qazaxda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Yeni filial – Qazax şəhəri, Heydər Əliyev prospekti 76 ünvanında fəaliyyət göstərəcək.
"Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Bank Qazaxda filialını açıbBank Qazaxda filialını açıbBank Qazaxda filialını açıb/ marja.az

Banklar     Tarix: 20 fevral 2023

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler iqtisadiyyat xeberleri en son xeberler dollar mezenne telefonla pul qazanmaq