Bank Respublika "Sahibkarlara 10 fürsət" kampaniyasına start verib
®Bank Respublika "Sahibkarlar günü" münasibətilə biznes sahibləri üçün 10 məhsul və xidmət üzrə xüsusi güzəştlər təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.
Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən Bank Respublika, bu münasibətlə "Sahibkarlara 10 fürsət" adlı kampaniyaya start verdiyini elan edib.
Kampaniya çərçivəsində banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi sahibkarlar 10 bank məhsul və xidməti üzrə xüsusi imtiyazlar əldə edərək, biznes fəaliyyəti üçün zəruri olan xidmətlərdən əlavə xərc olmadan yararlanmaq və əsasən hesablaşma-kassa əməliyyatlarını ödənişsiz həyata keçirmək imkanı qazanacaqlar.
Bu çərçivədə sahibkarlara təqdim olunur:
Hesabın açılması – pulsuz;
Valyuta mübadiləsi üzrə komissiya – pulsuz;
Əmək haqqı kartları (5 illik) – pulsuz;
Biznes kart standart(1 illik) – pulsuz;
İnternet Bank Xidməti – pulsuz;
Mobil POS – pulsuz;
Bankdaxili köçürmələr – pulsuz;
Çek kitabçasının verilməsi- pulsuz;
Əmək haqqı kartlarına köçürmələr- 50% Endirim;
Yaşıl investisiyalara verilən kreditlərə 15%-dək keşbek imkanı.
Bankdan bildirilib ki, kampaniyanın əsas məqsədi sahibkarların əməliyyat xərclərini azaltmaq, onların maliyyə alətlərinə çıxışını asanlaşdırmaq və bizneslərini daha sürətli inkişaf etdirmələrinə dəstək olmaqdır.
Kampaniya 25.05.2026 tarixinə qədər davam edəcək.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144 / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri