Bank Respublika "Sədərək" ticarət mərkəzində yeni filialını açdı
®Ölkəmizdə sahibkarlığın inkişafına daim dəstək verən Bank Respublika, kiçik və orta sahibkarlara xidmət göstərmək üçün "Sədərək" ticarət mərkəzinin ərazisində müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialını müştərilərin ixtiyarına verib.
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.
Tədbirdə iştirak edən sahibkarlar ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın "Sədərək" ticarət mərkəzində filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.
"Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 33 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


/ banker.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın ən bahalı restoranları