Bank "Sədərək" ticarət mərkəzində yeni filialını açdı
Ölkəmizdə sahibkarlığın inkişafına daim dəstək verən Bank Respublika, kiçik və orta sahibkarlara xidmət göstərmək üçün "Sədərək" ticarət mərkəzinin ərazisində müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialını müştərilərin ixtiyarına verib.
Bankın yaydığı məlumatda bildirilir ki, təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.
Tədbirdə iştirak edən sahibkarlar ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın "Sədərək" ticarət mərkəzində filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.
"Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 33 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.


/ marja.az

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Marketinq nə demədir?
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları