Bank sektorunun aktivləri oktyabrda 50 mlrd. manatdan aşağı düşüb – İCMAL

Bank sektorunun aktivləri oktyabrda 50 mlrd. manatdan aşağı düşüb – İCMAL31 oktyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 cəmi aktivləri 49 mlrd. 697.8 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 254.6 mln. manat, balans kapitalı 6 mlrd. 443.2 mln. manat olub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının oktyabr ayı üzrə statistik bülletenində bildirilir.
Cəmi aktivlərin həcmi oktyabrda 2.2% azalıb. Keçən ayın əvvəli sektorun ümumilikdə 50 mlrd. 840.8 mln. manat aktivləri vardı.
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27 mlrd. 80.5 mln. manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 mlrd. 628.1 mln. manat);
ıı) istehlak kreditləri – 30.6% (8 mlrd. 277.8 mln. manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 mlrd. 174.6 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.5%-i və ya 34 mlrd. 373.9 mln. manat. Depozit portfelinin 59.4%-i (20 mlrd. 404.3 mln. manat) hüquqi şəxslərin, 40.6%-i (13 mlrd. 969.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 mlrd. 216.4 mln. manat) milli valyutada, 34%-i (4 mlrd. 753.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 mlrd. 314.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9% və ya 72 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 14 mlrd. 979.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 33.5% təşkil edib.
2024-cü ilin yanvar – oktyabr aylarında banklar tərəfindən 913.7 mln. manat xalis mənfəət, 1 mlrd. 422.4 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
Bank sektorunun aktivləri oktyabrda 50 mlrd. manatdan aşağı düşüb – İCMAL

Banklar     Tarix: 27 noyabr 2024

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari