Bank sektorunun əsas göstəriciləri açıqlandı
2023-cü ilin Yanvar ayının sonunda Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 861.9 milyon manat, cəmi öhdəlikləri 40 milyard 200.2 milyon manat, balans kapitalı 5 milyard 661.7 milyon manat olmuşdur.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 milyon manat artaraq 19 milyard 669.6 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: biznes kreditləri – 55.2% (10 milyard 845.6 milyon manat), istehlak kreditləri – 29.5% (5 milyard 811.9 milyon manat) və ipoteka kreditləri – 15.3% (3 milyard 12.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82%-i və ya 32 milyard 968.8 milyon manat). Depozit portfelinin 64.6%-ni (21 milyard 282 milyon manat) hüquqi şəxslərin depozitləri, 35.4%-ni (11 milyard 686.8 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 milyon manat artmışdır. Əmanət portfelinin 53%- i (6 milyard 196.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 818.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil etmişdir.
2023-cü ilin yanvar ayında banklar 90.3 milyon manat xalis mənfəət, 134.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artmışdır.
31 yanvar 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 489, şöbələrinin sayı 92, ATM-lərin sayı 3006 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 93 nəfər artaraq 22 min 870 nəfər təşkil etmişdir. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV-nin tərtib edilməsi prinsipləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes planı necə yazmaq lazımdır?