Bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilib
Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin mərkəzləşdirilmiş reyestri (Reyestr) yaradılmış və kommersiya bankları tərəfindən dövlət satınalmaları üzrə verilən bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilmişdir.
Marja xəbər verir ki. bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Eyni zamanda, müvafiq Qərarın icrası çərçivəsində Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Dövlət satınalmalarının vahid internet portalına (https://etender.gov.az) inteqrasiya edilmiş və tenderlərdə iştirak edən sahibkarların istifadəsinə verilmişdir. Bununla da, Dövlət satınalmalarının vahid internet portalında keçirilən elektron satınalmada iddiaçı qismində çıxış edən fiziki və hüquqi şəxslər müvafiq bank zəmanətlərini portal vasitəsilə Reyestrdən real vaxt rejimində əldə edə və birbaşa satınalan təşkilata təqdim edə bilər.
Mərkəzi Bank maliyyə-bank xidmətlərini rəqəmsallaşdıraraq ölkədə biznes subyetklərinin maliyyə alətlərinə çıxış imkanlarının asanlaşdırılması və elektron maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İKEA şirkətinin tarixi
Dünyanın ən bahalı restoranları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Green Card nədir və onu necə əldə etmək olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?