Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini "Money20/20 Asia 2026" qlobal səhnəsinə daşıdı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini (®) Qafqazda bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş Bir ekosistemi, Asiyanın ən böyük texnologiya tədbirlərindən olan "Money20/20 Asia 2026" konfransında ölkəmizin rəqəmsal iqtisadiyyata sürətli keçidini diqqətə çatdırıb. Qlobal sərmayədarların diqqətinin yeni inkişaf potensialı olan ölkələrə yönəldiyi bir vaxtda, tədbirdə Azərbaycanın inklüziv rəqəmsal iqtisadiyyat quruculuğunda əldə etdiyi uğurlar və ekosistem əsaslı innovasiyaların rolu xüsusi vurğulanıb.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov konfrans çərçivəsində Özbəkistanın ən böyük İT ekosistemi "Uzum"un həmtəsisçisi və Əməliyyatlar üzrə baş direktoru Roman Lavrentyevlə birlikdə 4000 iştirakçının qatıldığı konfransın xüsusi panel sessiyasında çıxış edib. "First Arc Capital" şirkətinin nümayəndəsi Fatima Almubbadın moderatorluğu ilə keçirilən paneldə qlobal təcrübələrin yerli strategiyalarla effektiv inteqrasiyası, müştəri etibarının gücləndirilməsi və rəqəmsal xidmətlərin gündəlik həyatın təbii və ayrılmaz hissəsinə çevrilməsinin uğurlu yanaşmaları müzakirə olunub.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hazırda iqtisadiyyatın şaxələnməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Bu transformasiya üçün möhkəm əsaslar artıq formalaşıb. İllik Ümumi Daxili Məhsul artımı təxminən 10% təşkil edir, ölkə investisiya səviyyəli suveren kredit profilinə malikdir, əhalinin gənc yaş ortalaması 33,6, internetdən istifadə səviyyəsi isə 91%-i ötür.
Bununla yanaşı, bazarda rəqəmsal maliyyə xidmətləri və elektron ticarətin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Nağdsız cəmiyyətə keçid prosesinin sürətlənməsinə baxmayaraq, xüsusilə elektron ticarətin ümumi pərakəndə dövriyyəsindəki payının (hazırda təxminən 3%) artırılması və daha geniş əhali kütləsinin müasir rəqəmsal həllərə cəlb edilməsi lokal innovasiyalar üçün mühüm imkanlar yaradır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Maksim Yevdokimov bildirib: "Bizim əsas hədəfimiz nağd ödənişlərdən rəqəmsal xidmətlərə keçid edən istifadəçilər və bizneslər üçün bu prosesi maksimum təhlükəsiz və rahat şəkildə təşkil etməkdir. Gündəlik həyatda ehtiyac duyulan bank, ödəniş və elektron ticarət xidmətlərini vahid bir platformada cəmləşdirməklə biz nəinki rəqəmsal keçidə dəstək oluruq, həm də istifadəçi məmnuniyyətini və aktivliyini daha yüksək səviyyəyə qaldırırıq. Qlobal bazarlarda "Kaspi" və "Gojek" kimi platformaların təcrübəsində uğurla sınaqdan çıxmış bu ekosistem modeli, Azərbaycanda da öz səmərəliliyini təsdiq edir və ölkəmizin rəqəmsal gələcəyinə birbaşa töhfə verir".
Müştərilərin gündəlik ehtiyaclarını Birbank, Birmarket və m10 kimi aparıcı brendlər vasitəsilə vahid mərkəzdə birləşdirən Bir ekosistemi, 2025-ci ildə fəaliyyətə başladıqdan sonra qısa müddətdə 5 milyondan çox istifadəçiyə çatıb. 
Ölkədə həyata keçirilən hər iki rəqəmsal ödənişdən biri məhz Bir ekosistem üzərindən aparılır. Bir ekosisteminin idarəetmə modeli uğurlu qlobal təcrübələrə əsaslansa da, yerli istehlakçıların davranış xüsusiyyətlərinə və vərdişlərinə tam uyğunlaşdırılıb. İnsanlara ehtiyac duyduqları xidmətləri ən sadə yolla təqdim etməklə, platforma cəmiyyətdə inamı artırır və rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir. Ekosistemin əsas missiyası sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim edərək Azərbaycanda gündəlik həyatın əsas rəqəmsal bələdçisinə çevrilməkdir.
Bir haqqında 
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az / marja.az

Banklar     Tarix: 27 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu