"Bir" ekosisteminə daxil olan "Birmarket" və "Pasha Pay"ə investisiyalarımız davam edir"
"Kapital Bank", öz xalis mənfəəti ilə, törəmə müəssisələrin maliyyə nəticələri nəzərə alınmaqla konsolidə edilmiş xalis mənfəəti arasında 51 milyon manat fərqin olması məsələsinə aydınlıq gətirib.
Qeyd edək ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında maliyyə hesabatına görə, "Kapital Bank"ın konsolidə edilmiş xalis mənfəəti təxminən 274 milyon manat, təkcə Bankın xalis mənfəəti isə təxminən 325 milyon milyon manat təşkil edib. Belə bir vəziyyət "Kapital Bank"ın törəmə şirkətlərinin (investisiya yatırdığı şirkətlərin) hələ də zərər ilə fəaliyyət göstərdiyinə işarədir.
"Kapital Bank" ASC-nin İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynov Marja.az-a bildirib ki, o, bu fərqi zərər hesab etmir. Törəmə şirkətlərdə hazırda xərclər gəlirlərdən yüksək olsa da, gələcəkdə böyük gəlirlər nəzərdə tutulur:
"Mən buna zərər deməzdim, investisiyalardır. Keçən il olduğu kimi bu il də biz "Bir" ekosisteminə daxil olan şirkətlərə investisiyalarımızı davam etdirəcəyik. Hələ də "Bir" ekosisteminə daxil olan "Birmarket" və "Pasha Pay"ə (m10 brendi) investisiyalarımız davam edir. Amma bunun qarşılığında həm Bankın, həm də "Bir" ekosisteminin dəyərinin artdığını görürük. İnvestisiyalar uzunmüddətli dövrdə bizə daha böyük gəlirlər gətirəcək".

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri