"Bonus-Malus" sistemi fərdi Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunur - İCBARİ AVTO-SIĞORTADA DƏYİŞİKLİKLƏR

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində aparılan təkmilləşdirmə tədbirləri davam etdirilir. Bu çərçivədə sığortalıların sığorta tarixçəsi üzrə mövcud "Bonus-Malus" sisteminin beynəlxalq uğurlu təcrübəyə uyğun olaraq yenilənməsi istiqamətində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən dəyişikliklər təsdiqlənib."
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Məlumat üçün bildirilib ki, "Bonus-Malus" sistemi sürücülərin sığorta tarixçəsinə əsaslanaraq onların risk səviyyəsini qiymətləndirən və bu qiymətləndirməyə uyğun olaraq sığorta haqlarına güzəşt və ya əlavələrin tətbiq olunmasını nəzərdə tutan mexanizmdir.
Qeyd olunub ki, təsdiq olunmuş dəyişikliklərə əsasən, mövcud "Bonus-Malus" sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaqdır. Əvvəlki mexanizmdə mövcud olan "Bonus-Malus" sinifləri, eləcə də qəza və ya qəzasızlıq halında bu siniflər arasında keçidlərin əvəzinə daha sadə və anlaşılan yanaşma tətbiq olunacaqdır. Belə ki, əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaqdır. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunur.
Bununla yanaşı, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaqdır. Bu yanaşmanın məqsədi üçüncü şəxslərə zərərvurma ehtimalı ən yüksək olan şəxslərə münasibətdə intizamlı yanaşmanı gücləndirməkdir.
Eyni zamanda, yeni dəyişikliklərə əsasən, qəza halında sığorta haqqına əlavələrin tətbiqi sığorta müqaviləsini bağlayan tərəfə deyil, üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxsə tətbiq olunacaqdır.
Hüquqi şəxslərə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunmayacaqdır. Bununla belə, hüquqi şəxslərin nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta haqlarına isə əlavə tətbiq olunacaqdır. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə Sığorta Tarixçəsi Əmsalının tətbiq olunması dəyişilməz olaraq davam etdiriləcəkdir.
Ümumilikdə, təqdim olunan dəyişikliklərin əsas məqsədi nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin səhhətinə və əmlakına zərərvurma ehtimalına əsaslanan ədalətli, həmçinin risk əsaslı yeni modelin tətbiq olunmasıdır.
Təsdiq olunmuş dəyişikliklər dərc edildiyi gündən iki ay sonra qüvvəyə minəcək.
Qedyd edək ki, Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

Banklar     Tarix: 21 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu