"Brand Credit" BOKT ötən il kiçilib, mənfəəti və gəlirləri azalıb

"Brand Credit" BOKT MMC 2022-ci ili 384 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 575 min manat olub ki, bu da illik müqayisədə 33% azalma deməkdir.
Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.
Ötən il "Brand Credit" BOKT-un faiz gəlirləri 1 milyon 670 min manat (əvvəlki ilə nisbətən 1.3 dəfə azalma), faiz xərcləri 328 min manat (11% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Brand Credit"in aktivləri 4 milyon 682 min manat olub ki, bu da illik müqayisədə 12% azdır. Bunun 3 milyon 954 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 5% kiçilib.
Hesabat dövründə "Brand Credit"in öhdəlikləri 2 milyon 883 min manatdan 2 milyon 593 min manata düşüb, kapitalı isə 2 milyon 415 min manatdan 2 milyon 90 min manata çatıb,
Xatırladaq ki, "Brand Credit" 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır. Təsisçiləri isə Əli Hüseynov, Yeganə Vəliyeva və Şəbnəm Vəliyeva olub.

Banklar     Tarix: 07 iyun 2023

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin dollar məzənnəsi biznes krediti