Dollar hegemonluğunun sonudurmu?

Dollar hegemonluğunun sonudurmu?Çinlə rəqabət, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələri və ABŞ-nin borc tavanı ilə bağlı Vaşinqtonda növbəti mübahisə dolların dünyada dominant valyuta statusunu müzakirə mövzusuna çevirib.
Ötən il Rusiya sanksiyalara məruz qalaraq qlobal maliyyə sistemlərindən sıxışdırılıb çıxarılsa da, ABŞ-dən kənar müttəfiqlərin dollardan uzaqlaşacağına dair spekulyasiyaları gücləndirdi.
Oxşar yazı: 
Banker.az bildirir ki, bu barədə Reuters araşdırma edib və de-dollarizasiyanın niyə baş verəcəyinə dair bəzi arqumentlər gətirir.
EHTİYAT VALYUTA KİMİ BÜDRƏMƏSİ
Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatlarına əsasən, dünyada rəsmi valyuta ehtiyatlarında dolların payı 2022-ci ilin sonuna 58%-lə 20 ilin ən aşağı səviyyəsinə düşüb.
"Eurizon SLJ Capital Limited"in baş direktoru Stiven Cen deyir ki, məzənnəyə uyğunlaşdırıldıqda dəyişmə daha qabarıqdı. "2022-ci ildə baş verənlər real olaraq dolların payında çox kəskin eniş idi", – deyə vurğulayan S.Cen bunun Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra 640 milyard dollarlıq qızıl və valyuta ehtiyatlarının yarısının dondurulmasına reaksiya kimi gördüyünü əlavə edir. Bu, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Türkiyə kimi ölkələrdə başqa valyutalara diversifikasiya haqqında yenidən düşünməyə səbəb oldu.
DAHA UZUN MÜDDƏTDƏ GÖTÜRDÜKDƏ
2022-ci ilin son rübündə mərkəzi bankların xarici ehtiyatlarında dollar payı son iki onillikdə ən aşağı səviyyəyə çatdı, lakin bu addım tədricən baş verdi və indi 1995-ci illə eyni səviyyədədir.
Mərkəzi banklar iqtisadi böhranlar zamanı valyuta məzənnələrini gücləndirmək lazım olduğu halda çətin gün üçün ehtiyatlarında dollara üstünlük verirlər. Valyuta dollara nisbətdə çox zəifləyirsə, ABŞ valyutasında satılan neft və digər mallar bahalaşır, yaşayış xərclərini və inflyasiyanı artırır.
Honkonq dollarından Panama balboasına qədər bir çox valyuta oxşar səbəblərə görə dollara nisbətdə bağlanır.
ƏMTƏƏLƏRƏ NƏZARƏTİN ZƏİFLƏMƏSİ
Qüdrətli dollar əmtəə ticarətində bir açardır və bu, Vaşinqtona imkan verir ki, Rusiya, Venesuela və İran kimi istehsalçı dövlətlərin bazara çıxışına mane olsun.
Amma ticarət dəyişir. Hindistan Rusiya neftini BƏƏ dirhəmi və rublu ilə alır. Çin təxminən 88 milyard dollar dəyərində Rusiyadan neft, kömür və metal almaq üçün yuana keçib. Çinin milli neft şirkəti CNOOC və Fransanın "TotalEnergies" ilk yuanla hesablanmış LNG ticarətini mart ayında tamamladı.
Beynəlxalq Hesablaşmalar Bankının (BHB) məlumatına görə, qlobal birjadankənar xarici valyuta əməliyyatlarında yuanın payı 15 il əvvəl demək olar ki, yox səviyyəsindən 7%-ə yüksəlib.
ÇƏTİN OLAN TƏRƏFİ
Dedollarizasiya ixracatçılar, idxalçılar, valyuta treyderləri, borc emitentləri və kreditorlardan ibarət geniş və mürəkkəb şəbəkənin müstəqil olaraq digər valyutalardan istifadə etmək qərarına gəlməsini tələb edəcək. Bu isə ağlabatan görünmür.
BHB məlumatlarına görə, dollar qlobal foreks əməliyyatlarının demək olar ki, 90%-ni təşkil edir və 2022-ci ildə təxminən 6.6 trilyon dollar təşkil edib.
BHB-yə görə, bütün ofşor borcların təxminən yarısı, eləcə də bütün qlobal ticarətin yarısı dollarla hesablanır.
Kaliforniyada yerləşən Berkeley Universitetinin iqtisadi və siyasət elmləri professoru Barri Ayxenqrin deyir ki, bu gün bankların, firmaların və hökumətlərin hamısını eyni anda davranışlarını dəyişməyə məcbur edən mexanizm yoxdur. Yəni bu gün dollardan imtina edib digərinə keçmək asan məsələ deyil.
PARÇALANMIŞ GƏLƏCƏK
Dollara alternativ kimi sürətlə böyüyən digər valyutalar çoxqütblü dünya yarada bilər. Artıq ölkələr bir və ya iki dominant ehtiyat aktiv blokunun kifayət qədər diversifikasiya edilmədiyini başa düşürlər.
İndi qlobal mərkəzi banklar korporativ borclar, daşınmaz əmlak kimi maddi aktivlər və digər valyutalar da daxil olmaqla daha geniş çeşiddə aktivlərə baxır. Proses artıq gedir və dollar qlobal sistemdə daha az istifadə olunacağı perspektivi vəd edir.
Böyük bank əmanətləri adətən sığortalanmadığından, müəssisələr nağd pul alternativi kimi az riskli dövlət istiqrazlarından istifadə edirlər. Dolların statusu, buna görə də, 23 trilyon dollarlıq ABŞ Xəzinədarlığı bazarı tərəfindən dəstəklənir – valyuta üçün təhlükəsiz sığınacaq kimi baxılır.
Bu gün istiqraz bazarının dərinliyi, likvidliyi və təhlükəsizliyi dolların aparıcı ehtiyat valyutası olmasına böyük əsasdır.
Agentlik qeyd edir ki, əmtəə istehsalçıları Çinlə yuanla ticarət etməyə razılaşa bilər, lakin hesabların açılmasında çətinliklər və tənzimləyici qeyri-müəyyənlik səbəbindən nağd pulun Çinin dövlət istiqrazlarına yatırması çətin olaraq qalır.

Maraqlı     Tarix: 26 may 2023

Oxşar xəbərlər

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Əsl güc əvvəlki kimi qalmaq deyil, dəyişərək bərpa olunmaqdır

Dayanıqlılıq və ya dözümlülük son illərdə ən çox sevdiyimiz təriflərdən birinə çevrilib. Bu sözlə uşaqları, əməkdaşları, pasiyentləri, bütöv icmaları tərifləyirlər. O, məktəblərin şüarlarında, korporativ elektron məktublarda

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

OpenAI təkmilləşdirilmiş yeni səs modellərini istifadəyə verib - Eyni anda həm danışa, həm də dinləyə bilir

OpenAI daha təbii tona malik, eyni vaxtda danışıb dinləyə bilən və danışıq növbəsini idarə etməkdə daha uğurlu olduğunu bildirdiyi GPT-Live-1 və GPT-Live-1 mini adlı yeni söhbət modellərini istifadəyə verib. Marja xəbər veri

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

150 milyon barel: Çin dünya neft bazarını qiymət kollapsından necə səssizcə xilas etdi

OPEC-i unudun. Bu gün neft bazarında əsas qərarları Çin Kommunist Partiyası verir. İrandakı müharibə tarixdə ən böyük neft təklifi böhranına səbəb oldu. Bununla belə, döyüşlərin ən gərgin dövründə belə neftin qiyməti münaqişəni

Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır

Apple 2026-cı ilin ikinci yarısından 2027-ci ilin birinci yarısınadək ən azı 5 yeni iPhone modelini təqdim etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Nikkei Asia" mənbələrə istinadən məlumat yayıb. VTB-də minima


iqtisadi xeberler biznes xeberleri kripto 1000 manatla biznes depozit faizleri