Dövlət bankının xalis mənfəəti 14 dəfəyə yaxın artıb

Dövlət bankının xalis mənfəəti 14 dəfəyə yaxın artıb"Azər-Türk Bank" ASC  (ATB) 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 3 milyon 79 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 226 min manat xlias mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 2 milyon 853 min manat və ya 14 dəfəyə yaxın artıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 863 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 17 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 846 min  manat təşkil edib. Bank əməliyyat mənfəətindən 966 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırıb və 800 min manat mənfəət vergisi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri 9 milyon 695 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 798 min manat,  xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 103 min manat təşkil etmişdi. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 330 min manat həm əməliyyat zərərini bağlamışdı, həm də 226 min manat xalis mənfəət təmiş etmişdi. 
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Azər-Türk Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 11 milyon 168 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 219 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması Bankın xalis mənfəətinin artmasını da təmin edib.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Azər-Türk Bank"da müştərilərə verilmiş kreditlər üzrə faiz gəliləri 1,6 dəfə artaraq 9 milyon 60 min manat, xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 5,5 dəfə artaraq 3 milyon 515 min manat təşkil edib.
BANKIN KREDİT PORTFELİNDƏ İLLKİ VƏ RÜBLÜK ARTIM BAŞ VERİB
31.03.2023-cü il tarixində "Azər-Türk Bank" 913 milyon 299 min manat cəmi aktivlərə, o cümlədən 367 milyon 496 min manat cəmi kredit portfelinə malik olub. Ötən ilin eyni tarixində Bank 439 milyon 272 min manat cəmi aktivlərə, o cümlədən 245 milyon 98 min manat kredit portfelinə malik idi. Beləliklə, son 1 ildə "Azər-Türk Bank"ın cəmi aktivləri 2,1 dəfə, kredit portfeli 50% artıb.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə Bankda depozitlər təxminən 2 dəfə artaraq 396 milyon 145 min manata çatıb. 
31.12.2022-ci il tarixində "Azər-Türk Bank"ın cəmi aktivləri 965 milyon 157 min manata, (o cümlədən kredit portfeli 321 milyon 723 min manata) depozit portfeli 385 milyon 8 min manata çatmışdı.
Cari ilin Martı ayının sonunda "Azər-Türk Bank" 66 milyon 802 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 63 milyon 164 min manat məcmu kapitala malik idi.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Dövlət bankının xalis mənfəəti 14 dəfəyə yaxın artıbDövlət bankının xalis mənfəəti 14 dəfəyə yaxın artıbDövlət bankının xalis mənfəəti 14 dəfəyə yaxın artıb

Banklar     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri