Dövlət instansiyaları tərəfindən "Azərsığorta"nın kapital məsələsinə baxılır
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərsığorta" ASC-nin kapital çatışmazlığı məsələsinə aydınlıq gətirib.
AMB-dən bildirilib ki, dövlət mülkiyyətli şirkət olduğundan onun hazırda kapital məsələsinə qanunvericilik çərçivəsində müvafiq dövlət instansiyaları tərəfindən baxılmaqdadır.
Qeyd edilib ki, "Sığorta fəaliyyəti haqqında" Qanunun 26.1.2-ci maddəsinə əsasən sığortaçının qiymətli kağızlarının buraxılması, sığortaçının kapitalının artırılması və azaldılması Səhmdarların Ümumi Yığıncağının səlahiyyətindədir. Mülki Məcəllənin 107.1.5-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin yenidən təşkili və ləğvi haqqında qərarların qəbul edilməsi Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətidir.
""Azərsığorta" ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli 1751 nömrəli Fərman sözügedən sığorta şirkətinin idarəedilməsi ilə bağlı səlahiyyət bölgüsünü tənzimləyir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən "Azərsığorta"nın yenidən təşkili və ləğvi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib. Fərmanın 3.2.1-ci yarımbəndinə əsasən isə Azərsığortanın qiymətli kağızlarının buraxılması, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və mənfəətin və zərərin bölüşdürülməsi barədə qərar qəbul edilməsi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib" - deyə Mərkəzi Bankdan əlavə edilib.
Xatırladaq ki, dövlət sığorta şirkəti olan "Azərsığorta" ASC 2022-ci ili 10,5 milyon manat xalis zərərlə başa vurub. Bu isə sığorta şirkətində 7,2 milyon manat kapital çatışmazlığı yaradıb. Azərbaycan Mərkəzi Bankının son dövrlər maliyyə təşkilatlarında kapital məsələlərinə həssaslıqla yanaşması bu baxımdan "Azərsığorta"nın da maliyyə durumunu gündəmə gətirib.
© APA / marja.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın ən bahalı restoranları