Dövlət Xidməti illik 20 min manatlıq elektron pul köçürmələri ilə bağlı qaydanı dəyişəcək

Dövlət Xidməti illik 20 min manatlıq elektron pul köçürmələri ilə bağlı qaydanı dəyişəcəkMaliyyə Monitorinqi Xidməti (MMX) "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"na dəyişiklik edəcək.
Bu barədə MMX-dan bildirilib.
Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır.
Bildirilib ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur.
Xidmətdən vurğulanıb ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.
Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim edilməsi nəzərdə tutulur.
Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, 20 min manatlıq illik hədd aylıq orta hesabla təxminən 1 667 manata uyğun gəlir və bu hədd keçildikdən sonra sonrakı elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb. / banker.az

Banklar     Tarix: 30 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım

Azərbaycan bank sektoru 2026-cı ilin yanvar–avqust aylarını mənfəətin əhəmiyyətli artımı ilə başa vurub. Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb ki, bankların 2026-cı ilin ilk 8 ayında əldə etdiklər

Sağalmaz xəstəliklərdən sığortaya maraq artıb – Yığımlar 2 dəfədən çox yüksəlib

Ölüm halından sığorta üzrə ödənişlər 2,6 milyon manata yaxınlaşıb. Həyatın ölüm halından sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin ilk 8 ayında artıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, yanvar-avqus

Xaricə gedənlərin sığortasına 712 min manat ödənilib - Səyahət sığortası üzrə ödənişlər 78% artıb

Xaricə səfər edən vətəndaşların sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə yüksək artım qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda səyahət sığortası üzrə ödənişlə

Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur. Bunu ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib. Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyə

Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub

Azərbaycan-Oman Birgə İnvestisiya Fondu "AzərTürk Bank" ASC-nin 25%-lik payını əldə edəcək. Bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi

Yaşam sığortasında ödənişlər yığımları keçib– 562 milyon manata çatıb

Azərbaycanda həyatın yaşam sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin yanvar-avqust aylarında kəskin artıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatlarına istinadən xəbər verir ki, cari ilin ilk 8 ayında həyatın yaşa

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalana

Expressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçirib

Expressbank maliyyə savadlılığının artırılması və gənclərin müasir maliyyə xidmətlərindən daha təhlükəsiz şəkildə istifadəsinin təşviqi istiqamətində fəaliyyətinin davamı olaraq tələbələrlə görüşüb. Bank tərəfindən Azərbayca


iqtisadi xeberler internetden pul qazanmaq dollar məzənnəsi bitcoin 1000 manatla biznes