Dünya Bankı: "Azərbaycanın qeyri-enerji sektorunda orta illik artım 4,6 % olacaq"
Dünya Bankı (WB) Azərbaycanda real ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 4,2 %, 2023-24-cü illərdə isə orta hesabla 2,7 % artacağını proqnozlaşdırır.
Bu barədə bankın "Avropa və Mərkəzi Asiya İqtisadiyyatı" yenilənmiş hesabatında bildirilib.
Sənədə əsasən, xam neft hasilatındakı mülayim azalmanın təbii qaz hasilatının genişlənməsi ilə kompensasiya olunacağı və enerji sektorunda artımın 0,1 % səviyyəsində sabitləşəcəyi gözlənilir.
"Xidmət sektorlarının artımı COVID-19-dan əvvəlki səviyyələrə yaxınlaşması ilə qeyri-enerji sektorlarında artımın 2023-2024-cü illərdə orta hesabla 4,6 % olacağı proqnozlaşdırılır. Tələbə gəldikdə isə, ev təsərrüfatlarının real gəlirlərinə yüksək inflyasiyanın mənfi təsiri və investisiyaların mülayim olması ilə istehlakın azalması gözlənilir", – hesabatda deyilir.
Azərbaycanda inflyasiya 2023 və 2024-cü illərdə azalacağı proqnozlaşdırılsa da, Azərbaycan Mərkəzi Bankının (4+/-2) hədəf diapazonundan əhəmiyyətli dərəcədə yuxarı olacaq.
Ortamüddətli perspektivdə yüksək enerji qiymətlərinin cari əməliyyatlar hesabının profisitinin ikirəqəmli səviyyədə qalması ilə xarici sektoru gücləndirəcəyi gözlənilir.
İxrac artımı yüksək qiymətlər hesabına güclü olaraq qalacaq, idxal artımının isə 2022-ci ildən sonra daxili tələbin mülayimliyinə uyğun olaraq azalacağı gözlənilir.
Büdcə profisitinin, neft və qaz gəlirlərində proqnozlaşdırılan dinamikanı əks etdirərək 2022-2024-cü illər ərzində tədricən azalacağı proqnozlaşdırılır.
"Yeni fiskal qayda orta müddətli dövrdə qeyri-neft fiskal balansını azaltmaqla yanaşı, cari əmtəə artımı zamanı pro-tsiklikliyin qarşısını almağa kömək etməlidir. Yeni sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, çox güman ki, fiskal qayda ilə uzlaşdırılması müəyyən sahələr üzrə əlavə dövlət xərcləri tələb edəcək.
Avropa İttifaq ilə imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan təbii qaz hasilatının artırılması imkanları və yeni sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq qeyri-neft sektorunun artımını təşviq etmək üçün islahatların həyata keçirilməsi kimi müsbət risklər mövcuddur.
Mənfi risklər arasında Ermənistanla davam edən toqquşmalar, uzunmüddətli Ukrayna münaqişəsi, əsas ticarət tərəfdaşlarında iqtiasadi yavaşlama və qabaqcıl iqtisadiyyatlarda monetar sərtləşdirmə daxildir", – hesabatda deyilir. / banker.az

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dropshipping nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyada ən çox oxunan 5 kitab
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes nədir və hansı növləri var?