Əhali depozitlərini ən çox hansı banklarda yerləşdirir? – RENKİNQ (01.04.2026)
Azərbaycan 2026-cı ilin 1 aprel tarixinə əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 16 milyard 587.4 milyon manata çatıb.
"Banker.az"ın bank maliyyə hesabatlarına əsaslanan ilkin hesablamalarına görə, bu, illik müqayisədə 13.6% artım deməkdir.
Banklar üzrə ən yüksək depozit həcmi ABB-də qeydə alınıb. Belə ki, bankda fiziki şəxslərin depozitləri 3 milyard 562.3 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 31% artıb. İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb və onun depozit portfeli 3 milyard 315.3 milyon manata yüksəlib (illik 5.1% artım). "PAŞA Bank" ASC isə 1 milyard 908 milyon manatla üçüncü olub.
"Unibank" və "Yelo Bank" da müvafiq olaraq 1 milyard 98.7 milyon manat və 914.6 milyon manat depozit həcmi ilə növbəti pillələrdə yer alıblar.
Eyni dövrdə sektorun əsas hissəsini təşkil edən ilk beş bankın bazar payı yüksək olaraq qalır. Belə ki, ABB, "Kapital Bank", "PAŞA Bank", "Unibank" və "Yelo Bank" daxil olmaqla TOP 5 bankın fiziki şəxslər üzrə depozit portfeli 10 milyard 798.9 milyon manat olub. Bu isə ümumi bazarın 65.1%-ni təşkil edir.


İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri