Əhali "TuranBank"da daha çox əmanət yerləşdirib - 40 MİLYON MANATDAN ÇOX ARTIM

Əhali Azərbaycanın qocaman banklarından biri olan "TuranBank" ASC 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
BANK DAHA DA BÖYÜYÜB
Marja.az xəbər verir ki, "TuranBank"ın cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə 51 milyon 453 min manat və ya 6,3% artaraq 31 mart 2023-cü il tarixində 872 milyon 274 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 820 milyon 821 min manata çatmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, İPOTEKA PORTFELİ 100 MİLYON SƏVİYYƏSİNİ AŞIB
"TuranBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə 10 milyon 843 min manat artaraq 559 milyon 338 min manata yüksəlib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 814 min manat artaraq 139 milyon 607 min manata, biznes kreditləri portfeli 5 milyon 745 min manat artaraq 319 milyon 600 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 283 min manat artaraq 100 milyon 131 min manata çatıb. 
ƏHALİNİN ƏMANƏTLƏRİ SON 3 AYDA 40 MİLYON MANATADAN, SON 12 AYDA İSƏ 92 MİLYON MANATDAN ÇOX ARTIB
"TuranBank"da depozitlər 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə 47 milyon 822 min manat və ya 11,1% artaraq 31 Mart 2023-cü il tarixində 477 milyon 96 min manata çatıb. O cümlədən, "TuranBank"da fiziki şəxslərin (əhalinin) depozitləri 40 milyon 930 min manat və ya 12,5% artaraq 368 milyon 834 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 892 min manat və ya 6,8% artaraq 108 milyon 262 min manata yüksəlib. 2022-ci ilin Mart ayının sonu ilə müqayisədə isə fiziki şəxslərin depozitləri 92 milyon 240 min manat artıb.  Qeyd edək ki, "TuranBank" ən sərfəli əmanət məhsulları təklif edən banklardan biridir.
GƏLİRLƏRİ ARTIB
"TuranBank"ın faiz gəlirləri 2023-cü ilin 1-ci rübündə 18 milyon 622 min manat təşkil edib ki, bu da, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 5 milyon 136 min manat və ya 38% çoxdur.
2023-cü ilin 1-ci rübündə "TuranBank" ın qeyri-faiz gəlirləri 2 milyon 380 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 631 min manat və ya 36% çoxdur.
"TuranBank"ın cəmi faiz və qeyri-faiz gəlirləri 2022-ci ili ilk rübü ilə müqayisədə 2023-cü ilin ilk rübündə 5 milyon 767 min manat artaraq 21 milyon 2 min manat, faiz və qeyri-faiz xərcləri isə 4 milyon 784 min manat artaraq 18 milyon 503 min manat təşkil edib. 
31 Mart 2023-cü il tarixində "TuranBank" 77 milyon 565 min manat məcmu kapitala malik olub ki, bu da minimal məcmu kapital tələbindən (50 milyon manat) yüksəkdir 
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. 

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne