Əhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIB

Əhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIBAzərbaycandakı bankların cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yanvar ayında 75 milyon 236 min manat, fevral ayında 87 milyon 838 min manat artdıqdan sonra mart ayında 281 milyon 167 min manat artıb. 
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Mart 2023-cü il tarixində bankların cəmi kredit portfeli 20 milyard 38 milyon 596 min manat təşkil edib ki, bu da 28 Fevral 2023-cü il tarixi ilə (19 milyard 757 milyon 429 min manat) müqayisədə 281 milyon 166 min manat çoxdur. 
2023-cü ilin ilk 3 ayında (yanvar-mart) bankların cəmi kredit portfeli 444 milyon 241 min manat artıb.
ƏHALİNİN BORCU ARTIB
Bankların cəmi kredit portfeli daha çox əhali tərəfindən götürülən istehlak və ipoteka kreditlərinin hesabına artıb.  
Belə ki, 2023-cü ilin mart ayında bankların biznes kreditləri portfeli 135 milyon 818 min manat artaraq 10 milyard 971 milyon 396 min manata çatıb. Yanvarda və fevralda biznes kreditləri portfeli azalmışdı. Ötən ilin sonunda bankların biznes kreditləri portfeli 10 milyard 855 milyon 61 min manat təşkil etmişdi. 
Bankların biznes kreditləri portfeli yanvarda 9 milyon 501 min manat, fevralda isə 9 milyon 982 min manat azalmışdı.
2023-cü ilin yanvar-mart aylarında bankların istehlak kreditləri portfeli 188 milyon 300 min manat artaraq 5 milyard 942 milyon 445 min manata, ipoteka kreditləri portfeli isə 139 milyon 596 min manat artaraq 3 milyard 124 milyon 755 min manata çatıb. 
Bankların istehlak kreditləri portfeli yanvarda 57 milyon 720 min manat, fevralda 51 milyon 702 min manat, martda 78 milyon 878 min manat artıb. 
Bankların ipoteka kreditləri portfeli isə yanvarda 27 milyon 7 min manat, fevralda 46 milyon 18 min manat, martda 66 milyon 571 min manat artıb.
31 Mart 2023-cü il tarixində, əhalinin banklara cəmi borcunu göstərən istehlak və ipoteka kreditləri üzrə cəmi qalıq kredit 9 milyard 67 milyon 199 min manat təşkil edib. İlin ilk 3 ayında bu iki kredit üzrə artım 327 milyon 896 min manat təşkil edib. Ötən ilin sonunda istehlak və ipoteka kreditləri üzrə cəmi qalıq borc 8 milyard 739 milyon 304 min manat təşkil etmişdi. 
İstehlak krediti - sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.
Biznes krediti - hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kreditdir. 
İpoteka krediti - daşınmaz əmlakın əldə edilməsi məqsədilə verilən kreditdir.
31.03.2023-cü il tarixində istehlak kreditlərinin 506,1 milyon manatını və ya 4,6%-ni, istehlak kreditlərinin 45,4 milyon manatını və ya 0,8%-ni, ipoteka kreditlərinin isə 197,9 milyon manatını və ya 6,3%-ni qeyri-işlək kreditlər təşkil edib (cəmi 749,5 milyon manat).
Əhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIBƏhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIB

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri