Expressbank 2023-cü ilin ilk rübünü mənfəətlə başa vurub
Expressbank ASC 2023-cü ilin birinci rübündə 3 milyon 441 min manat xalis mənfəət əldə edib. Bankın aktivləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 20% artaraq, 440 milyon 633 min manat təşkil edib.
Marja.az xəbər verir ki. bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Kredit və depozit portfelinin həcmi artıb
Qeyd edilib ki, cari ilin ilk rübü üzrə Bankın kredit portfelinin həcmi 299 milyon 516 min manat olub ki, bu da ötən ilin eyni dövründən 14% yüksəkdir.
Artım depozit portfelinin həcmində 20% təşkil edərək, 186 milyon 481 min manat olmuşdur. Portfelin 151 milyon 273 min manatını fiziki şəxlərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Bank gəlirləri 18% artıb
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Bankın gəlirləri 18% artaraq, 17 milyon 960 min manat olub. Bank gəlirlərinin 12 milyon 966 min manatını faiz gəlirləri, 4 milyon 995 min manatını isə qeyri-faiz gəlirləri təşkil edib.
Qeyd edilib ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi "Fitch Ratings" tərəfindən "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Xidmət keyfiyyəti ilə seçilən Expressbank ASC-nin Bakı şəhəri və regionlar üzrə 15 filialı mövcuddur.




PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
SMM nədir?
ZARA-nın uğur hekayəsi
5 liderlik göstəricisi