Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib
®Expressbank Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.
Görüşdə sahibkarlarla açıq dialoq aparılıb, onların sahibkarlıq fəaliyyətində üzləşdikləri maliyyə məsələləri və inkişaf imkanları müzakirə edilib.
Eyni zamanda tədbir çərçivəsində iştirakçılar üçün maliyyə savadlılığı mövzuları ətrafında qısa təlim də keçirilib. Təlim zamanı sahibkarlara maliyyə planlaması, nağd pul axınının idarə olunması və bank məhsullarından effektiv istifadə ilə bağlı praktiki məlumatlar təqdim olunub.
Qeyd edək ki, qısa müddət əvvəl Expressbank ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanmışdı. Bank sözügedən əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə savadlılığının artırılmasına dəstək göstərməyi, onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirməyi və bizneslərinin inkişafına töhfə verməyi hədəfləyir.
Expressbank bu kimi təşəbbüslərlə sahibkarlarla əlaqələrin gücləndirilməsinə və ölkədə sahibkarlıq mühitinin inkişafına dəstək verməyə davam edir.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!


/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri