Expressbankdan yaşıl addımlar
®Expressbank ötən 1 il ərzində atdığı "yaşıl addımlar"ın hesabatını açıqlayıb. Bu təşəbbüslər ekosistemin qorunmasına və təbiətdə karbon izinin azaldılmasına real töhfələr verib.
Təbiətin bərpası və işğaldan azad edilmiş torpaqlarımızda quruculuğa dəstək məqsədilə Expressbank əməkdaşları tərəfindən 200-dən çox ağac əkilib. Bu, gələcək nəsillər üçün daha yaşıl və sağlam bir mühitin təməllərini qoymaqla yanaşı, bölgənin yenidən canlanması prosesində korporativ sosial məsuliyyət anlayışının və vətəndaşlıq borcunun bariz nümunəsidir.
Ekoloji fəaliyyətlər çərçivəsində tullantıların düzgün idarə olunması və resurslara qənaət xüsusi diqqət mərkəzində saxlanılıb. Ötən il ərzində kağız israfının qarşısının alınması məqsədilə 5 tondan çox kağız toplanaraq təkrar emala yönləndirilib.
Dəniz ekosisteminin mühafizəsinə dəstək məqsədilə keçirilən aksiyada bank əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə Xəzər dənizinin sahil zolağından 300 kq tullantı toplayaraq kənarlaşdırıblar. Bununla yanaşı, ətraf mühit üçün ən təhlükəli tullantılardan hesab olunan batareyaların toplanması məqsədilə Bankın ofis və filiallarına xüsusi qutular yerləşdirilib. Beləliklə, yalnız Bankın əməkdaşları deyil, həmçinin Bankın müştəriləri də bu ekoloji təşəbbüsə qoşulmaq imkanı əldə ediblər. İl ərzində cəmiyyət və təbiət üçün risk yarada biləcək 26 kq batareya tullantısı yığılaraq xüsusi qaydada zərərsizləşdirilməyə yönləndirilib.
Küçə heyvanlarının təhlükəsizliyini təmin etmək məqsədilə Expressbankın 10-dan çox filialının önünə xüsusi pişik yuvaları yerləşdirilib.
Bankın ekoloji istiqamətdə həyata keçirdiyi bütün tədbirlər "Təbiətə qayğı – Gələcəyə miras" layihəsi çərçivəsində icra olunur. Qeyd edək ki, Expressbank sosial məsuliyyətli maliyyə qurumu olaraq bu kimi təşəbbüsləri gələcəkdə də prioritet fəaliyyət istiqaməti kimi saxlamağı planlaşdırır.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin! / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri