"FinKapital" fəaliyyətinin ilk ilini mənfəət ilə başa vurub - MALİYYƏ HESABATLARI
2022-ci ilin yanvar ayında faktiki fəaliyyətə başlamış "FinKapital Bank Olmayan Kredit Təşkilatı" ilk ilini 142 min 861 manat xalis mənfəət ilə başa vurub.
Marja.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Fin Kapital"ın cəmi gəlirləri 415 min 255 manat, o cümlədən faiz gəlirləri 277 min 372 manat, haqq və komissiya gəlirləri 137 min 788 manat, digər gəlirləri 95 manat təşkil edib.
Ötən il Təşkilatın cəmi xərcləri 272 min 394 manat olub.
31 Dekabr 2022-ci il tarixində "FinKapital Bank Olmayan Kredit Təşkilatı" 2 milyon 127 min manat cəmi aktivlərə, o cümlədən 2 milyon 105 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub.
"FinKapital Bank Olmayan Kredit Təşkilatı" MMC Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi 30 Noyabr 2021-ci il tarixili BKT-43 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.





PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?