Fitch: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq
"Fitch Solutions" beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.
"Fitch Solutions" 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9.25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin yanvar proqnozu ilə müqayisədə 1% bəndi çoxdur.
"2023-cü ilin fevralın ayında Azərbaycanda inflyasiya illik 13.9% təşkil edib ki, bu da 2015-ci ildəki manatın devalvasiyasından sonra qeydə alınan ən yüksək göstəricidir. Bu inflyasiya fonunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sərtləşdirməyə davam etdiyi üçün biz də kredit şərtlərinin sərt qalacağını gözləyirik. Biz ilin sonuna qədər uçot dərəcəsinin 9.25%-ə qədər artırılacağını gözləyirik. Biz inflyasiyanın 2023-cü ildə orta hesabla 11.5% və 2024-cü ildə 7.5% olacağını gözləyirik. Önümüzdəki aylarda qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2.5-3.0% səviyyəsindən yüksək olaraq qalacaq" – "Fitch Solutions" əlavə edib. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?