"Gonshu", "Ay Gonshu", yoxsa "Aynabənd"? - Bakıda restoranların brend mübahisəsi

Son illər Azərbaycanda brend adları və ticarət nişanları üstündə mübahisələrin sayı artmaqdadır.
Əvvəllər daha çox yanacaq doldurma məntəqələri arasında baş verən mübahisələr indi daha geniş sahələrə yayılıb.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti martan 1-də "Robinzon and Friday" MMC-nin (şirkətin adı məşhur personajlar Robinzon və Cümə ilə bağlıdır) fiziki şəxs olan sahibkar Emil Sultanova qarşı iddiasını araşdırıb.
Şikayət "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri əsasında icraaata götürülüb və martın 1-də araşdırılıb. 
Bu maddələr (1) eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi və (2) əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsidir.
FED.az-ın kiçik araşdırmasında məlum olub ki, "Ay Gonshu" restoranının sahibi olan "Robinzon and Friday" MMC şirkəti qarşı tərəfi "Gonshu" adını istifadə etməsindən narazıdır.
Qeyd edək ki, "Robinzon and Friday" MMC (VÖEN: 1502797011) 2015-ci ildə yaradılıb, hüquqi ünvanı Baki Şəhəri Nərimanov Rayonu, Əliyar Əliyev, ev 26, məhəllə 1956-1989, m. 826-də yerləşir, qanuni təmsilçisi isə Ülviyyə Mahmud Rafiq qızıdır.
Hələlik xidmət araşdırmanın nəticəsini elan etməsə də, qarşı tərəf – keçmiş "Gonshu" restoranının (bəli, artıqkeçmiş) nümaynədəsi FED.az-a bildirib ki, "Ay Gonshu" tərəfindən adla bağlı şikayət bir qədər əvvəl səsləndirilib, qarşı tərəf hətta məhkəməyə müraciət edib. Restoran nümaynədələri bu iddianı ədalətsiz sayırlar: "Əslində restoranların adı fərqli idi, onlarda "Ay qonşu", bizdə isə "Qonşu", üstəlik şriftlər də fərqli idi". Buna baxmayaraq,  şikayət edilən tərəf mübahisə etməməyi qərara alıb və rebrendinq edərək restoranın adını dəyişib, "Aynəbənd" brendini götürüb.

Biznes     Tarix: 06 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne