"Günay Sığorta"nın işçilərinin sayı da azalıb
Ötən 2 ildə zərər ilə işləmiş "Günay Sığorta" ASC-nin işçilərinin sayı da azalıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin əvvəlində 136 nəfər, 2022-ci ilin əvvəlində isə 112 nəfər işiçi ilə fəaliyyət göstərmiş "Günay Sığorta", ötən ilin sonunda 104 nəfər işçiyə malik olub.
Beləliklə, ötən müddət ərzində "Günay Sığorta"nın işçilərinin sayı 32 nəfər azalıb.
Xəbər verdiyimiz kimi, "Günay Sığorta" ASC 2022-ci ili 1 milyon 227 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 125 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Günay Sığorta"nın zərəri 9% artıb.
"Günay Sığorta" ASC-nin səhmdarları Şirinova Yeganə Məmməd qızı (54,84%), Məmmədov Mahmud Nadir oğlu (31,3%) və "Günay Bank" ASC-dir (31,3%).
2022-ci ilin Noyabr ayında Hikmət Loğman oğlu Salmanlı "Günay Sığorta" şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes planı necə yazmaq lazımdır?
"Freelance" nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt