Gürcüstan və Qazaxıstanın nəqliyyat vasitələrinə Yaşıl kart Azərbaycan sığortaçıları tərəfindən satılacaq

Gürcüstan və Qazaxıstanın nəqliyyat vasitələrinə Yaşıl kart Azərbaycan sığortaçıları tərəfindən satılacaq2022-ci ilin iyun ayında Beynəlxalq Bürolar Şurasının (BBŞ) Belqrad şəhərində keçirilmiş 56-cı Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosunun (Büro) fəaliyyəti yüksək qiymətləndirilmiş, beləliklə 10 illik keçici hüquqlu üzvlük müddəti tamamlanmadan, 5 illik müddətdə Büro BBŞ-nin tam hüquqlu üzvü seçilmişdir. Eyni zamanda üçüncü şəxslərə dəymiş zərərlərin ödənilməsi, öhdəliklərin zəmanəti kimi BBŞ-nin müəyyənləşdirdiyi xarici bankda yerləşdirilmiş 5 000 000 Euro vəsaitin geri qaytarılması təmin olunmuş, vəsait Büronun Azərbaycan banklarında olan hesabına transfer edilərək investisiyaya cəlb edilmişdir.
Marja xəbər verir ki, bu, İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Büro tərəfindən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması üçün BBŞ-yə rəsmi müraciət göndərilmiş və razılıq əldə edilmişdir. Razılığa əsasən 01 yanvar 2023-cü ildən etibarən Yaşıl Kart sığorta şəhadətnamələri bu ölkələrin nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılacaqdır. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin önəmli miqdarda mənfəət əldə etmələri gözlənilir.
Cari ildə həmçinin Azərbaycan və Türkiyə Yaşıl Kart sığorta sistemləri inteqrasiya olunmuşdur. Bununla da Azərbaycana məxsus avtomobil Türkiyə, həmçinin Türkiyənin nəqliyyat vasitələri Azərbaycan gömrük məntəqələrinə daxil olduqda Yaşıl Kartın etibarlılığı elektron qaydada müəyyən edilir. Büronun təşəbbüsü ilə həyata keçirilmiş inteqrasiya dünyada ilk belə təcrübə olmaqla, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədləri keçmənin qarşısını alır. 
Büro cari ilin 11 ayında Yaşıl Kart Sistemində xaricdə baş vermiş yol-nəqliyyat hadisələrinə görə 531 000 manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə isə 95 000 manatdan artıq ödəniş həyata keçirmişdir. Xaricdə baş verən hadisələr üzrə ən böyük ödəniş Almaniya ərazisində qeydə alınmış və 31.586,37 manat təşkil etmişdir. Xarici vətəndaşların iştirakı ilə Azərbaycan ərazində baş vermiş hadisələr üzrə isə ən böyük ödəniş 23.000 manat olmaqla Rusiyanın payına düşür.  
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən Yaşıl Kart Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılmışdır. 01 yanvar 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. / marja.az

Banklar     Tarix: 22 dekabr 2022

Oxşar xəbərlər

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler biznes xeberleri dollar mezenne dollarin kursu bu gun birbank