Kapital Bank-ın əməkdaşı İnnovasiya üzrə mükafat aldı
®Xəbər verdiyimiz kimi 13 dekabr 2022-ci il tarixində Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçirildi. "Bakı dünyaya səslənir!" şüarı ilə keçirilən tədbir PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutdu. Kapital Bank isə sammitin baş sponsoru idi.
Sammit çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq İnnovasiya sahəsində çalışan dövlət və özəl sektor nümayəndələrinə "IDDA Awards" mükafatı təqdim edildi. Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə də bu mükafat çərçivəsində "Ölkənin İnnovasiya sahəsinin ən dəyərli insanı" mükafatına layiq görüldü. Kapital Bank ölkə bankları arasında mükafat alan yeganə maliyyə qurumu idi.
Qeyd edək ki, sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək idi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dropshipping nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznes təlimlər və tədris üsulları
Biznes nədir və hansı növləri var?