Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir

Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir®Kapital Bank hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim edən ən fəal banklardandır. Bu dəfə Kapital Bank mikro biznes müştərilərinə yeni bir xidmət təklif edir!  Belə ki, ilk dəfə olaraq mikro bizneslə məşğul olan fərdi sahibkarlar banka gəlmədən, öz işindən ayrılmadan, əlavə vaxt itirmədən daha rahat şəkildə bizneslərinin inkişafı üçün nağd pul krediti əldə edə biləcəklər.
Bunun üçün müştəri Kapital Bank-ın korporativ saytındakı "Mikro Kredit" bölməsinə daxil olmaqla banka müraciət ünvanlayır. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.
Hər addımda müştəri məmnuniyyətini artırmağı hədəf seçən Kapital Bank-ın mikro biznes müştərilərinə daha bir yeniliyi isə sahibkar hesabı Kapital Bank-da olan müştərilərə dövriyyə əsasında kredit götürmə imkanının yaradılmasıdır. Belə ki, yeni təhlil modelinə əsasən müştərilər ənənəvi kreditləşmə prosesini keçmədən, yəni biznes və yaşayış yerlərinə vizit edilmədən kredit əldə edə biləcəklər. Xüsusi ilə qeyd etmək istəyirik ki, sahibkar hesabı Kapital Bank-da xidmət alan müştərilərə Mikro kreditlər heç bir təminat, zamin və ya girov tələb edilmədən verilir. 
Qeyd edək ki, Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə, 16%-dən başlayan illik faiz dərəcəsi ilə verilir. Ətraflı məlumat üçün – www.kbl.az/mbkpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 05 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların


iqtisadi xeberler kicik biznes dollar mezenne valyuta kurslari emlak xeberleri