"Kapital Bank"dan 83 milyon manatdan çox mənfəət
"Kapital Bank" ASC 2023-cü ilin 1-ci rübünü 83 milyon 519 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 50 milyon 405 min manat təşkil edib ki, bu da illik müqayisədə 66% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
2023-cü ilin ilk 3 ayında Kapital Bankın cəmi gəlirləri 266 milyon 959 min manat (əvvəlki ilə nisbətən 17% çox), xərcləri 154 milyon 813 min manat təşkil edib.
AKTİVLƏRİ 8 MİLYARD MANATA YAXINLAŞIB
Bu il aprelin 1-nə "Kapital Bank"ın aktivləri 7 milyard 728 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 11.4% çoxdur. Bunun 3 milyard 225 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2023-cü ilin ilk rübündə Bankın kredit portfeli 11% böyüyüb.
BANKIN DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB
Hesabat dövründə bankın öhdəlikləri 6 milyard 387 milyon manatdan 6 milyard 822 milyon manata çatıb. "Kapital Bank"ın depozit portfeli 8% artaraq 5 milyard 913 milyon manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 1 milyard 759 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyard 154 milyon manat olub.



Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes planı necə yazmaq lazımdır?
"Freelance" nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt