Kredit borcunu ödəmədi, 170 min manatlıq mənzili 118 min manata satıldı

Kredit borcunu ödəmədi, 170 min manatlıq mənzili 118 min manata satıldıBaş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaş Ramil Hüseynovun şikayəti ilə bağlı açıqlama:
Mayın 17-də Baş Prokurorluğun inzibati binasının qarşısında narazılığını ifadə edən vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub.
Həmin şikayətlə bağlı bildiririk ki, yaşadığı və dəyəri 170 min manat olan mənzilinin girov qoyulması müqabilində Ramil Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına "Aqrarkredit" QSC tərfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilib.
Borclu tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı QSC-nin mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında 14 iyun 2018-ci il tarixdə mənzil hərrac yolu ilə (ilkin satış qiyməti 186 min manat müəyyən edilməklə) satılaraq borc ödənilib, artıq qalan məbləğ isə vətəndaşa qaytarılıb.
Mənzilin satışı ilə bağlı ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən mənzil 118 min manata dəyərləndirilməklə satılmış, lakin Ramil Hüseynov mənzili tərk etməyərək vəsaitin ona verilməsini tələb etmişdir.
Qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, Ali Məhkəmənin 8 may 2019-cu il tarixli qərarı ilə təmin edilməyib.
Bundan sonra, mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə Ramil Hüseynovun irəli sürdüyü xüsusatlar üzrə Bakı şəhəri Yasamal rayon polis idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlarda cinayət hadisəsi müəyyən edilmədiyindən 10 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19 aprel 2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 1 may 2023-cü il tarixli qərarı ilə Yasamal rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. / marja.az

Banklar     Tarix: 18 may 2023

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti investisiya