"Kredit Evi"ndə böyük sıçrayış - PORTFELİ 50 faiz, xalis mənfəəti 90 faiz artıb
Lizinq və lombard məhsulları təklif edən "Kredit Evi" ASC 2024-cü ili 2 milyon 892 min manat xalis mənfəət ilə bağlayıb. Şirkət 2023-cü ili 1 milyon 518 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə "Kredit Evi"nin xalis mənfəəti 1 milyon 374 min manat və ya 90,5% artıb.
Marja.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, "Kredit Evi"nin faiz gəlirləri 2023-cü idlə 11 milyon 443 min manat ikən, 2024-cü ildə 14 milyon 953 min manata yüksəlib (3 milyon 510 min manat və ya 30,7% artıb). Ötən il Şirkətin faiz xərcləri isə 1 milyon manat və ya 24,7% artaraq 5 milyon 41 min manata təşkil edib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Ötən il "Kredit Evi" kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 12 milyon 977 min manat və ya 51% (1,5 dəfə) artaraq 31 dekabr 2024-cü il tarixində 38 milyon 420 min manata çatıb.
31 dekabr 2024-cü il tarixində "Kredit Evi" ASC 45 milyon 483 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 31 milyon 232 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, 404 min manat nizamnamə kapitalı olan "Kredit Evi" ASC-nin səhmdarları Səbuhi Əzizov (50%) və Kazım Hüseynovdur (50%).
Həmçinin oxu
Tanınmış lombard şirkəti 6 milyon manatlıq istiqraz buraxır - ŞƏRTLƏR




Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
ƏDV geri al və onun üstünlükləri
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Kriptovalyuta nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?