Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir

Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir®AFB Bank yeni kampaniya ilə müştərilərə kreditlərini daha sərfəli şərtlərlə yeniləmək imkanı təqdim edir. Əgər yüksək faizlə kreditiniz varsa, onu AFB Bank-a köçürərək daha aşağı faizlə kredit əldə edə bilərsiniz.
Bu kampaniya sayəsində müştərilər kreditlərini daha rahat şərtlərlə ödəyə, aylıq ödənişlərini azalda bilərlər. Təklif çərçivəsində faiz dərəcəsinə 6%-dək endirim tətbiq olunur, eyni zamanda kreditlər 0%-dən başlayan komissiya ilə təqdim edilir. Bu isə əlavə xərclərin azalması və ümumi ödənişlərin daha sərfəli olması deməkdir.
AFB Bank həmçinin bir neçə yerdə olan kreditləri bir yerə toplamağa imkan yaradır. Beləliklə, müştərilər yalnız bir ödəniş edərək borclarını daha rahat idarə edə bilirlər.
Kampaniya çərçivəsində kredit məbləği 1 000 AZN-dən 50 000 AZN-dək, müddət isə 3 aydan 59 ayadək təşkil edir. Kreditlər 10.5%-dən başlayan faizlə təqdim olunur.
AFB Bank-ın başdan-başa rəqəmsal kredit xidməti müştərilərə banka gəlmədən kredit üzrə müraciət etmək imkanı yaradır. Sadələşdirilmiş müraciət prosesi, sürətli qərarvermə və rahat ödəniş şərtləri kredit məhsullarının əlçatanlığını artırır, gündəlik maliyyə ehtiyaclarına operativ həllər təqdim edir.
Qeyd edək ki, kampaniya 29 may 2026-cı il tarixinədək qüvvədədir.
Kampaniyadan yararlanmaq üçün linkə keçid etmək kifayətdir:
Hazırda AFB Bank ölkə üzrə 12 filial ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər. / banker.az

Banklar     Tarix: 20 aprel 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu