Kriptovalyutanın qanuniləşdirildiyi 15 ölkə

Kriptovalyutanın qanuniləşdirildiyi 15 ölkəBəzi ölkələr kriptovalyutanı qəti şəkildə rədd edirlər və onu gündəlik həyata daxil etməyə çəkinirlər. Onlardan fərqli olaraq, digərləri rəqəmsal aktivləri qanuniləşdirirlər. 
Almaniya
Almaniyada kriptovalyuta aktivləri şəxsi pul kimi müəyyən edilir. Onların köməyi ilə kommersiya şirkətləri və bank strukturları öz aralarında ödəniş edə bilərlər. Qeyd edək ki, Almaniya rəqəmsal aktivləri hüquqi səviyyədə tənzimləyən ilk Avropa İttifaqı (Aİ) ölkələrindən biridir. Rəqəmsal valyutaların buraxılması, saxlanılması və ticarəti, eləcə də mayninq Almaniyada leqaldır.
Belarus
Bu ölkədə kriptovalyutanın leqallaşdırılması 2017-ci ilin sonunda baş verib. Bir qədər sonra isə "Rəqəmsal iqtisadiyyat haqqında" qanun qəbul edilib. Vurğulamaq vacibdir ki, Belarusda kriptovalyuta bazarı 2049-cu ilə qədər vergidən azad edilib. Ölkə vətəndaşları rəqəmsal pulları saxlaya və dəyişdirə, həmçinin onu alıb-sata bilərlər. 2020-ci ildə Belarus Mərkəzi Bankı virtual aktivlərin mübadiləsi üçün onlayn xidmətə başlayıb.
İspaniya
Burada kriptovalyuta 2014-cü ilin əvvəlində elektron ödənişlərin hüquqi formasına çevrilib. 2016-cı ildə dövlət mədənçilərin lisenziya üçün qeydiyyatdan keçmələrini və vergi ödəmələrini tələb edən qanunlar qəbul edilib.
İtaliya
Aİ-nin 27 ölkəsi arasında əməliyyatlarda bitkoinin istifadəsinə görə İtaliyanı lider adlandırmaq olar. "Coinmap"a görə, dünyada kriptovalyuta ilə ödənişləri qəbul edən bütün mağazaların 15%-dən çoxu bu ölkədə fəaliyyət göstərir. Həmçinin İtaliyada 39 kriptomat və bitkoinlərdə ödəniş sisteminin inkişafına yönəlmiş bir layihə var.
Kanada
Burada bitkoin və digər rəqəmsal aktivlər qanuni olaraq ödəniş vasitəsi sayılmır.  Buna baxmayaraq, siz əmtəə və xidmətlərə görə kriptovalyutada ödəniş edə bilərsiniz. Maraqlıdır ki, ölkə ərazisində bitkoin-bankomatlar da fəaliyyət göstərir.
Malta
Bu ölkədə kriptovalyuta tam hüquqlu bazar aləti kimi qəbul edilir. Maltanın Maliyyə Nazirliyi hətta elektron valyutanın dövriyyəsini tənzimləyən yeni müddəaları özündə əks etdirən qanun hazırlayıb. Burada kriptovalyuta şirkətləri də leqallaşdırılıb və ölkə vətəndaşları sikkələrdən ödəniş tranzaksiyası kimi istifadə edə bilirlər.
Norveç
Norveçdə kriptovalyutalar 2013-cü ildə rəqəmsal aktiv kimi tanınıb. Və 2017-ci ildə hökumət bitkoin və digər rəqəmsal aktivlərin bütün alış və satışı üzrə ƏDV-ni ləğv edib.
Salvador
Burada kriptovalyuta rəsmi olaraq 2021-ci ilin sentyabrında tanınıb. O, dollarla bərabər ödəniş vasitəsi kimi istifadə olunur. Ölkə vətəndaşları hökumətin virtual valyutanın geniş yayılması üçün hazırladığı "Chivo" proqramında istifadə edirlər.
ABŞ
ABŞ-da kriptovalyuta 2017-ci ildə qanuniləşdirilib. Eyni zamanda altkoinlər və bitkoinlərlə aparılan bütün əməliyyatlar vergiyə cəlb edilir. Mədən, investisiya və ya kripto ilə mal mübadiləsi nəticəsində əldə edilmiş gəlirə görə həm yerli, həm də federal vergiləri ödənilir. ABŞ-da "Poloniex", "Bittrex" və başqaları da daxil olmaqla iri kriptovalyuta birjaları fəaliyyət göstərir.
Ukrayna
2021-ci ilin sentyabrında Ukrayna ərazisində virtual valyuta ilə əməliyyatların tənzimlənməsi üçün müddəaları əks etdirən "Virtual aktivlər haqqında" qanun qəbul edilib. Bundan başqa, vergi məcəlləsinə elektron aktivlərlə əməliyyatların vergiyə cəlb edilməsini tənzimləyən dəyişikliklər hazırlanır.
Filippinlər
Burada kriptovalyuta bazarı hələ 2017-ci ildə tənzimlənməyə başlayıb. Filippində istənilən növ elektron valyuta, istənilən növ ödənişi həyata keçirə biləcəyiniz maliyyə aləti statusuna malikdir.
Çexiya
Çexiyada kriptovalyuta dövriyyəsinə icazə verilir. Bununla yanaşı, ölkənin Mərkəzi Bankı hesab edir ki, rəqəmsal aktivlərə əməliyyatların lisenziyalaşdırılmasına ehtiyac yoxdur, əlavə vergilər də ödənilməməlidir. Ölkə hökumətinin yeganə tələbi odur ki, kriptovalyutaların, bitkoin bankomatlarının və valyutaları fiatlara dəyişdirən digər şirkətlərin sahibləri öz müştərilərini yoxlamalıdırlar.
İsveçrə
Ölkə parlamenti kriptovalyutanın tənzimlənməsi haqqında ilk dəfə 2013-cü ildə danışmağa başlayıb. 2016-cı ildən Çuk şəhəri ictimai xidmətlər üçün ödəniş kimi bitkoini qəbul etməyə başlayıb. Və artıq 2017-ci ildəkriptovalyuta startaplarının inkişafı üçün ilk hüquqi platformalar yaradılıb. Bu, kriptovalyutalar və blokçeynlə məşğul olan şirkətlərin işini xeyli asanlaşdırıb. Ölkənin mütərəqqi qanunvericiliyi sayəsində kripto biznesi burada çox populyarlaşıb. Bəzi bölgələrdə elektron valyuta gündəlik həyata fəal şəkildə daxil edilir. Məsələn, Çukada bitkoin 2017-ci ildən kommunal və digər xidmətlərin ödənişi üçün istifadə oluna bilər.
Estoniya
Bu dövlət kriptovalyutalar istiqamətində yurisdiksiya baxımından çox mütərəqqidir. Sakinlər blokçeyn texnologiyasına müsbət münasibət bəsləyirlər və rəqəmsal aktivləri həvəslə qəbul edirlər. Düzdür, onları ənənəvi ödəniş vasitələri ilə deyil, alternativ üsullarla eyniləşdirirlər.
Yaponiya
Kriptovalyutanı tənzimləmə mexanizmləri burada "Mt.Gox" birjasının süqutundan sonra, 2017-ci ildə burada hazırlanmağa başlayıb. Həmin vaxt treyderlər təxminən 850 000 bitkoin itirmişdilər.
Daha sonra, 2017-ci ilin yazında səlahiyyətlilər rəqəmsal valyutanı mal və xidmətlərin ödənilməsi üçün istifadə edilə bilən ödəniş vasitəsi kimi rəsmi olaraq tanıdı. Bununla belə, bitkoin qanuni olaraq 2017-ci ilin yazına qədər valyuta hesab edilmirdi. Sonra isə o, qanuni ödəniş vasitəsi kimi tanındı. Yaponiyada həmçinin kriptovalyuta birjaları da rəsmi statusa malikdir. Yaponiyanı rəqəmsal sikkələrin inkişafında əsas dövlətlərdən biri adlandırmaq olar. BTC blokçeyninin yaradıcıları Martti Malmi və Satoşi Nakamoto tərəfindən hazırlanmış məşhur "Bitcoin.org" internet xidmətinin qərargahı da burada yerləşir. Bu gün Yaponiya kriptovalyutanın tənzimlənməsi sahəsində ən liberal ölkələrdən biridir. "Forbes" jurnalı hətta onun "inkişaf etmiş Bitcoin dövləti" olduğunu yazır.
Biz maliyyə sektorunda yeniliklərə hazır olan ən böyük dövlətləri sadaladıq. Ancaq vəziyyət sürətlə dəyişir və çox güman ki, yaxın gələcəkdə onların sayı daha çox olacaq.

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Britaniya Yunanıstanın iqtisadi bərpa təcrübəsindən nə öyrənə bilər

Yunanıstanın böhrandan sonrakı dirçəlişi göstərir ki, hökumət dövlət aktivlərini investisiyaların hərəkətverici qüvvəsinə çevirə və bunu istiqraz bazarlarını qorxutmadan edə bilər. Böyük Britaniya artıq on ildir dərin iqtisad

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Universitetə getmədən diplom almaq istəyənlərin nəzərinə: Diplomunuz tanınmaya bilər

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlər

Süni intellektlə bağlı hamının diqqətdən qaçırdığı qiyamət ssenarisi

İqtisadiyyatı əməyin vergiyə cəlb olunmasına əsaslanan hökumətlər iş yerlərinin xeyli azalacağı dünyaya tab gətirməyə bilər. Dekabrın soyuq bir cümə axşamı günü maliyyə və texnologiya sahələrindən 50 ekspert Vaşinqtonda

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir


iqtisadi xeberler bank faizleri biznes qurmaq 1000 manatla biznes dollar manat kursu