Kuba bankları "Mir" kartlarını qəbul etməyə başlayıb
Kubanın bəzi bankları Rusiyanın "Mir" ödəniş sisteminin kartlarını qəbul etməyə başlayıb. Belə ki, bir sıra bankların bankomatlarında "Mir" sisteminin emblemi əks olunub. Qeyd edək ki, Kubada məzənnə 1 rubl üçün təxminən 1.5 peso təşkil edir.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Səlahiyyətlilər "Mir" sisteminin işə başladığını hələ rəsmi olaraq elan etməyiblər. Martın əvvəlində Kubanın Rusiyadakı səfirliyinin turizm üzrə müşaviri Kristina Leon İznaqa ölkədə ödəniş sisteminin işə salınması üzərində işlədiyini bildirib. Rusiyanın Kubadakı səfiri Andrey Quskovun sözlərinə görə, işlər yekunlaşmaq üzrədir.
"Mir" ödəniş sistemi hazırda Abxaziya, Ermənistan, Belarusiya, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Koreya və Cənubi Osetiyanın bəzi tərəfdaş banklarında qəbul edilir. 15-dən çox ölkə bu sahədə işlər görməyə hazır olduğunu bildirib.

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
İKEA şirkətinin tarixi
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları
"Freelance" nədir?
Kriptovalyuta nədir?