Mərkəzi Bank bankomatlardan pulu nağdlaşdırmaq üçün maksimum faizi müəyyən edə bilər
Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bankomatlardan pulu nağdlaşdırmaq üçün faiz dərəcələrinin endirilməsi sualına cavab verib.
O bildirib ki, qanuna təklif edilən dəyişiklik ilə Mərkəzi Banka nağdlaşdırma faizi üzrə maksimum həddi təyin etmək üçün səlahiyyət veriləcək:
"Banklar ona görə komissiyanı artırır ki, vətəndaşlara vəsaiti nağd çıxarmaq sərf etməsin və onlar nağdsız ödənişlərdən istifadə etsinlər. Strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. "Mərkəzi Bank haqqında" Qanuna edilən dəyişikliklər qəbul olunsa, Mərkəzi Banka səlahiyyət veriləcək ki, bazar üzrə maksimum həddi təyin etsin".
Bu gün deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, Azərbaycanda bankomatlardan pulu nağdlaşdırmaq üçün faiz dərəcələrini standart etmək lazımdır.
"Bu faizləri bütün banklar tərəfindən standart olaraq 1,5 % səviyyəsində müəyyənləşdirilməsi vətəndaşların işini asanlaşdıra bilər. Belə ki, rayonlarda vətəndaş kartdan pul çıxarmaq üçün, bəzi hallarda şəhərin o başında yerləşən bankın bankomatına çatmaq üçün 3 avtobus dəyişməli olur. Bu da insanları yorur. Amma nağdlaşdırma faizi eyni olsa, vətəndaşlar yaxınlıqda yerləşən hər bir bankomatdan pulunu çıxara bilər", - deyə deputat bildirib.
© Report / marja.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın ən bahalı restoranları